Page 211 - antologiya
P. 211
tar Tofiqoğlu 211

– Zәrif olmayandan sonra nә xeyri var... Monşer, bir
qızda gentillesse (incәlik, nәzakәt – red.) yoxdursa,
demәli, heç nә yoxdur. Hәm dә bilirsiniz, universitetә niyә
gedir? Sizә açıq deyim dә...

Sözünü tamamlamağa imkan vermәdik.
Belә söz-söhbәtlәr gec-tez gedib rәhbәrliyin qulağına
çatır, yәqin ki, baş hәkim dә bütün bu deyilәnlәri eşidirdi.
Belә ki, bir gün o, Taksimә gedәndә maşında mәnә neçә
illәrdir, ona әziyyәt verәn şәkәr xәstәliyindәn şikayәt etdi:
– Artıq hiss edirәm, әsәblәrim pozulub, diabet
orqanizmimi gizli-gizli mәhv edir, tәbii ki, ruhәn dә
çökdürür. Әvvәllәr hәr şeyә әsәbilәşmәzdim, nikbin idim,
hәr şeydә müsbәt cәhәt axtarır, güzәştә gedirdim. Get-gedә
bu xüsusiyyәtlәrimdәn uzaqlaşıram. Bir dә ki, son vaxtlar
özümdәn çox tez çıxıram, ani, sәrt qәrarlar verirәm.
Qırxillik iş tәcrübәsi vә qayğıkeş, sәbirli rәhbәr olan
baş hәkimimizin sәbrinin tükәndiyini başa düşdüm.
Bir-iki ay sonra hәmin xәstәxanada müqavilәmiz
başa çatdığına görә mәni Bәyoğlu Tәcili Yardım Xәstә-
xanasının terapiya şöbәsinә, Nazimi isә Haseki Xәstә-
xanasına tәyin etdilәr. Az sonra Mateonun da işdәn
çıxarıldığını eşitdik. Ona әcәb olmuşdu. Ancaq indi bәd-
bәxtin axırı necә olacaqdı – işsiz-gücsüz, evsiz-eşiksiz,
kimsәsiz vә pulsuz..?
Nә vәziyyәtdә olduğunu bir müddәt sonra yanıma
gәlәndә gördüm. Üst-başı pis gündә idi, saç-saqqalı
uzanmış, özü büzüşmüşdü. Harada yaşadığını soruşdum,
dәqiq bir yer deyә bilmәdi. Yәqin ki, sәhәrәcәn işlәyәn
çayxanalarda, ya da körpü altında gecәlәyirdi. Bir az pul
vermәk istәdim, nә qәdәr üz vurdum, götürmәdi. Mәn dә
zorla cibinә basdım. Özünü lap quru bәylәr kimi aparırdı.
Bir dәfә dә Nazimin yanına gedibmiş. Nazim dә onunla
bağlı eyni sözlәri söylәdi.
   206   207   208   209   210   211   212   213   214   215   216