Page 212 - antologiya
P. 212
Türkiyə ədəbiyyatı antologiyası

Sonra bir müddәt görünmәdi. Bir neçә ay nә mәnim,
nә dә Nazimin yanına gәldi. Başına nәlәrinsә gәldiyi
barәdә fikirlәşdiyim bir axşam peyda oldu. Düzü, onu
görәndә gözlәrimә inana bilmәdim. Bu adam sanki tanıdı-
ğımız Mateo deyildi. Tәrtәmiz geyimli, saç-saqqalı sәli-
qәli, sağlam Mateo idi! Mateo ingilis parçasından usta
dәrziyә tikdirdiyi boz kostyumu, ağ köynәyi, boynundakı
şәrfi, son dәb ayaqqabıları, qızıl qalstuk sancağı, qızıl qol
düymәlәri ilә әsil-nәcabәtli әcdadlarının kübarlığını
yenidәn yaşadırdı.

Bәzi xırda-para әskiklәri, bir az da artıqlıqları çıxmaq
şәrti ilә, doğrudan da, yaxşı gün görmüş fransız olduğunu
deyә bilәrdik. Gözündә qızıl sağanaqlı eynәyinin olma-
ması, mәncә, nöqsanı idi. Qolundakı bahalı saatdan başqa,
üstәlik, jiletinә qızıl zәncirli cib saatı taxmasını mәnasız
artıqlıq saymaq olardı. Ancaq bunlar çox da böyük qüsur
212 sayılmamalı idi. Necә dә olsa, Mateo yenidәn әsl kimli-
yinә qayıtmışdı.

Bu böyük dәyişikliyin sәbәbi nә ola bilәrdi axı? Çox
maraqlı idi. Soruşdum, Mateo da danışdı. Bir gün çayxa-
nada oturanda onu oyunların necә nәticәlәndiyini demәyә
mәcbur ediblәr. Mateo da nә bilsin ki, futbol nәdir?
Ömründә bir dәfә dә olsun, futbola getmәmiş adam idi.
Buna görә deyib ki, “mәnlik deyil”. Oradakılar da
deyiblәr, “Di bәsdi, bu işdә bilәnlәrin deyil, bilmәyәnlәrin
bәxti gәtirir. Bir dәfә dә sәn bәxtini sına.” Mateoya qәbz
veriblәr. O da qәlәmi götürüb, gözünü yumub ağlına gәlәni –
sıfir, bir, iki, iki, bir sıfır... – yazıb doldurub. Adını da üstünә
qeyd edәrәk qәbzi qaytarıb. Hәmin oyun hesablarının da
on üçü düz çıxıb, düz әlli yeddi min dörd yüz lirә udub.

– İndi de görüm, o pulları neynәdin? Yәqin ki, heç
olmasa, başını soxmağa bir ev aldın. Bu qәdәr yaşamısan,
bircә ağac da әkmәmisәn, – dedim.

Güldü:
   207   208   209   210   211   212   213   214   215   216   217