Page 217 - antologiya
P. 217
zihə Meriç 217

– Kutab bişmәdi?
Qadın taxtda oturub oğlanı qucağına aldı. Yanağını,
boynunu qoxulaya-qoxulaya öpüb güldü.
– Niyә bişmir ki? – dedi. – Hәm dә “kutab” yox,
“qutab”. De görüm.
– Qutab!
– Sәnin “qutab” deyәn dilinә qurban olum. Azca
gözlә, bacın da gәlsin, böyük qardaşın da gәlsin. Bacın
gәlib çay dәmlәsin.
Balaca oğlan qollarını anasının boynuna doladı.
Xәyalında canlandırdığı süfrә onu gülümsәtdi.
Bu, çox gözәl mәnzәrә idi... Qar kәsmәk bilmirdi,
lopa-lopa yağmağa başlamışdı. Pәncәrәnin qarşısında
dayanmış kişi ah çәkdi. Bu vaxt arvadı yaxınlaşıb arxadan
onu qucaqladı.
– Qar lap güclәndi ki, – dedi.
Kişi cavab vermәdi. Qadın başını onun kürәyinә
söykәyib dillәndi:
– Belә qar yağanda yadıma hәmişә dağ yollarındakı
yük maşınları düşür. Onları fikirlәşәndә narahat olub onlar
üçün dua edirәm.
Kişidәn sәs çıxmadı. Qadın ürәyinә nәsә dammış
kimi әyilib әrinin üzünә baxdı. Yanağında göz yaşlarının
izini görәndә o da әllәrini kişinin şalvarının cibinә, onun
әllәrinin yanına saldı. Yavaşca әrinin boynunun ardından
öpdü. Bu öpüş sanki kişiyә dedi: “Nә yaxşı elәdin ki,
kәdәrlәndin ”. Qadınsa öpüşә başqa mәna verdi: “Mәn heç
vaxt onun dünyasına girә bilmәyәcәyәm”.
Bu vaxt kişi qadının әllәrini cibindәn çıxardı. Ona
tәrәf çevrildi, çiyinlәrindәn tutub silkәlәdi:
– Sәn axı sobanın nә olduğunu bilmirsәn, necә başa
salım? – dedi. – Onun sәsi eynәn Gülüstandakı bülbül sәsi
kimidir.
   212   213   214   215   216   217   218   219   220   221   222