Page 220 - antologiya
P. 220
Türkiyə ədəbiyyatı antologiyası

edәcәyini әzbәr bilirdi. Bәdәnini qәribә bir hiss bürüdü.
Dәqiqliklә iki gün sonranın 17:55-ni tapdı. Şәnbә günü idi.
Ağır-ağır Qapalı Çarşıdan keçib evә gedirdi. Divana
uzanır, qulağını mәtbәxdәn gәlәn sәsә şәklәyirdi.

Qәfildәn qәlbindә belә bir inam yarandı ki, gәlәcәk
günlәrdә hәyatında darıxmalı nәsә olmayacaq. Baş
verәcәyini güman etdiyi bir çox şeyi indidәn dәqiq söylәyә
bilәrdi. Bu dәfә saatın әqrәblәrini sürәtlә geri çәkdi.
Әvvәlcә günbәgün, sonra aybaay, sonra da ilbәil әvvәlә
qayıtdı. Qeyri-şüuru olaraq hәyatının çıxıntılı nöqtәlәrindә
ilişib qalırdı. Hәmin günlәr hәyatının әhәmiyyәtli hesab
etdiyi günlәri idi.

Maliyyә İdarәsindә işә girmәsi, evlәnmәsi kimi
mәsәlәlәri yadına salırdı...

Zaman Nuru bәyin baş vә şәhadәt barmaqlarının
arasında idi. Yaşanmış vә ya yaşanacaq hadisәlәrin
220 tәnzimlәmә yivi indi onun әlinә keçmişdi.

Qәfildәn saatı ani hәyәcanla masanın üstünә qoydu.
Saniyә әqrәbi laqeyd-laqeyd hәr şeydәn xәbәrsiz halda,
qeyri-müәyyәn bir zamanda, keçmiş vә ya gәlәcәkdә
olduğu barәdә düşünmәdәn işlәyirdi.

Nuru bәy dәrk edilmәsi çәtin olan qorxu ilә yaşadığı
anı itirdiyini başa düşdü. Artıq zaman hadisәlәr vә
hissәlәrә bölünmürdü. Müәyyәn bir hәrәkәt nöqtәsi yox
idi, hәr şey geniş sәrhәdsizlik içindә yerlәşirdi. Bu ruhi
vәziyyәtindә anladı ki, inandığı digәr ölçülәrin hamısını
itirib. Kürәyindәn aşağı soyuq tәr axdığını hiss etdi. O,
әvvәli-axırı görünmәyәn bir boşluq işindә idi vә bu anı
yaşamırdı.

Masanın üstündәki qol saatı xaincәsinә fasilәsiz
işlәyirdi. Nuru bәy bayaqkı sıxıntılı, amma etibar edә
bilәcәyi zaman üçün darıxdı. İnsan sәrhәdlәri aşmalıdır.
Sonra necә oldusa, divar saatına baxmaq ağlından keçdi
vә saatına daha hәssas yanaşmaq qәrarına gәldi.
   215   216   217   218   219   220   221   222   223   224   225