Page 224 - antologiya
P. 224
Türkiyə ədəbiyyatı antologiyası

Şәkillәr ovucunda sıxılıb әyildi. Böyük adam olacağımı
göstәrәn o parça da boynu qırılmış halda ovucunda idi.

Siz heç sәhәrә yaxın sәs eşitmisiniz – yollarda eşi-
dilәn ayaq tappıltılarından daha әvvәl gәlәn sәs? Ney sәsi
heç sizi ruhunuzdan tutub harasa, uzaq, rәngli, müәmmalı
bir yerә çәkib aparıbmı? Qәm-qüssәylә keçәn şam yemә-
yindәn sonra yavaşca arxa otağa keçdim. Әllәrimi yana
açıb alnımı pәncәrәnin şüşәsinә söykәdim...

Gecә hәyәti tanınmayacaq qәdәr dәyişmişdi. Bağ-
çada ins-cins yox idi. Dar cığır, alaqaranlıq daxmaya
uzanırdı. Daxma tünd kölgәlәr arasında yuxulayırdı.
Yerimә girmәzdәn әvvәl son dәfә hәyәtә baxdım. Sonra
bәrk-bәrk büründüyüm yorğanın altında tәk-tәnha, bitmәk
bilmәyәn bu uzun günü vә babamı xatırladım. Aldadıl-
dığım barәdә fikirlәşirdim. Kәdәrli vә küskün idim.

Bәlkә dә, babam mәni dә özü ilә aparmaması üçün
Münadiyә: “Sәs salma! Xәbәri olmasın!” – demişdi. Bәlkә
224 dә, bütün әzizlәrini bağrına basan o ölkәyә getmәk üçün
tәlәsmiş, mәnimlә bağlı “sonra da gәlә bilәr” demişdi.

Axı sizә heç Münadinin kim olduğunu demәdim. Onu
tәsәvvüründә babamın danışıqları, әl-qol hәrәkәtlәrinin
kömәyi ilә canlandırmışdım. Babam danışdıqca gözә-
görünmәz bir qәlәm beynimdә Münadinin şәklini çәkirdi.
O, gursәsli, lopabığ, yekәpәr vә güclü bir adam idi.

Bir barmağını gicgahına qoymuş hәmin xәyali varlıq
sanki “gәlib!” – qışqırır, mәn dә hәmin dәvәti eşidirdim.
Gözüm Münadinin hәqiqәt kimi canlı sifәtindә, qulaqlarım
o ecazkar çağırışın ahәnginә aludә olmuş vәziyyәtdә baba-
mın söhbәtinin sonunu gözlәrdim.

Daha sonra babam elә hey köçdәn danışırdı. Tәsәv-
vürümdә araba canlanırdı – heybәlәr, qab-qacaq, lәyәn vә
xoşbәxt insanları daşıyan araba.

Atın arıq ayaqlarının әzәlәlәri yük çәkmәkdәn
şişәndә qәlbim ifadә etmәk olduqca çәtin olan bir kәdәrlә
dolardı. Babam asta-asta, hәr kәlmәdәn lәzzәt ala-ala, “bir
gecә, sәhәrә yaxın Münadi qışqıracaq ki, “qalx”” – deyirdi.
   219   220   221   222   223   224   225   226   227   228   229