Page 227 - antologiya
P. 227
zəffər Buyruqçu

HӘR ŞEY BİTDİYİ YERDӘN
BAŞLAYIR

Dostluq etmәsi, bir-birini sevmәsi çox çәtin olan 227
üç nәfәr bir qayığa mindik. Yavaş-yavaş sahil-
dәn uzaqlaşırdıq. Tük kimi yüngül, isti, duz qoxulu külәk
sifәtimizi yalayırdı. Tәrimiz, gözümüzә dolan toz-torpaq
qatarda qaldı. Tunellәri dә, çayları da, yalın dağları da,
әkinlәri dә, qәfildәn görünüb gözdәn itәn uzunqulaqlı
kәndlilәri dә geridә qoymuşduq... İndi şәhәrin dәnizin-
dәydik. Beynimiz fitlә, musiqi alәtlәrindәn gәlәn sәslәrә
bәnzәyәn sәslәrlә dolmuşdu. Bәdәnimdә yüngül giziltilәr
hiss edirdim. Gülmәyim gәlirdi, irәli atıldım, sanki qaçıb
çatmalı olduğum bir yer var idi. Bәlkә, bu, sevincdir?
Amma, görәsәn, o yüngül giziltilәri, beynimin içindәki
evlәrin, küçәlәrin qıvrıla-qıvrıla uzanmasını, lampaların
fasilәsiz yanmasını sevinc adlandıra bilәrdim? Bu, çörәk
bıçağının döşәmәyә sancılandan sonra әsmәsinә, quşların
qatar-qatar uçmasına oxşar bir şey idi!.. O birilәrin dә
sifәtlәrindәn sezirdim ki, eyni hisslәri yaşayırlar. Әtrafa
da baxırdım: sallar, gәmilәr, tәlәsәn sәrnişinlәr, qübbәlәr,
minarәlәr, düzәnliklәrә, yoxuşlara, çuxurlara paylaşan
evlәr... Üç nәfәr sizә gәlirik. Hә, di haydi, küçәlәrinizdә,
evlәrinizdә üçnәfәrlik yer ayırın!..
Biri gödәkcәsinin yaxasını axıra qәdәr açdı, tüklü
sinәsini irәli verib:
– Әs! Әs, ey külәk... Oxxay, İstanbuldan yoxdur, bir
dәnәdir! Bu dәniz kimi dәniz var? – dedi.
Başını qaşıdı, qәfildәn susub irәli baxanda güldü.
Dombagöz, sarışın, donuq sifәtli bir qaraçı idi. “Qaragüm-
rükdә yaşayıram,” – demişdi. Ciblәrini qurdaladı, әksәriy-
yәtinin yazısı silinmiş, kәnarları qopmuş xeyli sayda
qatlanmış kağızı, zәrfi çıxarıb günәşә sarı tutdu.
   222   223   224   225   226   227   228   229   230   231   232