Page 219 - antologiya
P. 219
əddin Özkişi

İNSANLAR VӘ SAATLAR 219

Hәlә vaxtı çox idi. Bundan sonra bir saat da icra
bölmәsindә oturub saatın beş olmasını gözlә-
yәcәkdi. Xәyala da gedә bilmirdi. Beyni düşünmәkdәn
korşalmışdı, tәqaüdә çıxacağı fikri onu diksindirirdi.
Düşündü ki, hava quyruq yağına oxşayır – sürüşkәn,
qatı vә yapışqandır. Әtrafındakılara hiss etdirmәdәn
barmaqlarını yavaşca şaqqıldatdı. Elә bilirdi ki, әli yağlı
havaya ilişib qalacaq. Yenidәn saata baxdı, әqrәblәr hәlә
dә әvvәlki yerindә idi. İllәrin tanış sıxıntısını hәmişәki
yerindә, sinәsinin üstündә duyurdu. Bәzi vaxtlarda olduğu
kimi, bu gün dә üsyana bәnzәyәn bir hiss gicgahlarında
guppuldayır, onu narahat edirdi.
Qaşlarını çatıb baxdı. Hәr şey yerli-yerindә, sanki
ofisin әbәdi bir parçası kimi donub-qalmışdı. Nuru bәy
yenidәn saatına nәzәr saldı. Bu on yeddiillik “hәm-
söhbәtinә” müştәri gözü ilә baxdı. “Adi mexanizmdir”, –
düşündü. Amma on yeddi ildir işlәyir, çünki mәn qurmu-
şam. Ona hәyat vermişәm ki, vaxtı göstәrsin. Demәli,
onun ağası olmuşam. O da mәnim nökәrimdir. Bu, doğ-
rudan da, belәdir. Bu fikirdәn tutuldu.
Ardınca ağlına qәribә fikirlәr gәlirdi. “Bәlkә, mәn elә
saatı qurmaq üçün mövcudam?” – Nuru bәy düşündü.
Fikri onu hiddәtlәndirdi. Әslindә bu, lap ağ olardı. Sual
sanki sakit ofis havasına incә titrәyiş kimi yayılmışdı. Saat
da elә bil әmәlli-başlı ağırlaşmışdı. Qolundan açdı, yivini
dartıb hiddәtlә burdu. Saniyәni vә saatı göstәrәn әqrәblәr
dәli kimi sürәtlә, bir nәfәsә şığıyıb 19:15-in üstündә
dayandı. Gözlәri özündәnrazı müstәbid gözlәri kimi
parıldadı. Bax, saat indi 19:15 idi. O, 19:15 olmasını
istәmişdi. Demişdi, 19:15 olsun vә olmuşdu.
Yәqin, bu vaxt evdә olardı. Nәdәnsә evdәn başqa
yerdә ola bilәcәyi ağlına gәlmәdi. Hәmin vaxt nә
   214   215   216   217   218   219   220   221   222   223   224