Page 207 - antologiya
P. 207
tar Tofiqoğlu

MATEONUN İNTİQAMI

Baş tibb bacısı onu gәtirәndә yanıma әcnәbi elm 207
adamının gәldiyini zәnn etdim. Mil-mil tünd-göy pencәyi,
sәliqә ilә bağlanmış qara qalstuku, qalın sağanaqlı eynәyi
vә dağınıq çal saçları gәlәni әcnәbi hәkimlәrә çox oxşa-
dırdı.

Adının Mateo, sәnәtinin ütüçü olduğunu öyrәnәndә
tәәccüblәndim. Sonra onu müştәri gözü ilә başdan-ayağa
süzdüm. Ağ yaxalıqlı, krem rәngli köynәyi, köhnәlmiş
şalvar vә ayaqqabıları diqqәtimi cәlb etdi:

– Adınızdan belә anlaşılır ki, fransızsız, – dedim.
– Bәli, bәyәfәndi, bәndәniz әsl köklü fransızdır!
Bu su qatılmamış “orijinal” fransızın haradan gәldiyi,
xәstәxanamıza ütüçü işinә necә düzәldiyi mәnә maraqlı
gәldi. Öyrәnmәk istәdim.
– Baş hәkim dostumdur, – dedi.
Ömrü boyu bircә dәfә hәkimә gedәn vә ya qarşı-
laşdıqları hәkimlә cәmi bir neçә dәqiqәlik söhbәt edәn
adamların hәmin hәkimdәn söz düşәndә “yaxın dostuq”
vә ya “ailә hәkimimizdir” demәsini çox eşitdiyimә görә
Mateonun sözlәrinә dә fikir vermәdim. Çünki ailә qәbiris-
tanlığı kimi, ailә hәkimi ilә qürrәlәnmәk dә artıq adәtә
çevrilib.
Sonradan eşitdim ki, psixiatriya xәstәxanasının baş
hәkimi kimsәsiz vә ziyansız xәstәlәrә yazığı gәldiyi üçün
xәstәxanadan çıxandan sonra pis vәziyyәtә düşmәmәlәrinә
görә onları münasib işlә tәmin etmәk mәqsәdi ilә
sözükeçәn adamlardan xahiş edirmiş. Qısa fasilәlәri nәzәrә
almasaq, ömrünün, demәk olar, yarısını psixiatriya xәstә-
xanasında keçirәn Mateonun xahişini dә baş hәkimi-
mizdәn o edibmiş. Boş olan hәmin işә qәbul edilmәyinin
sәbәbi bu imiş. Bu tәyinat uzaqbaşı mәrhәmәt, yaxşılıq
   202   203   204   205   206   207   208   209   210   211   212