Page 194 - antologiya
P. 194
Türkiyə ədəbiyyatı antologiyası
– Biz dә yayda getmәk fikrindәyik...
– Yaxşı edirsiniz, gedin. Biz bu vәdә getmәkdә düz
elәmәdik. Soyuq idi, bir tәrәfdәn dә yağış aman vermirdi...
– Demә-demә! Buralar da elә idi. Hava iki gündür
düzәlib.
Qadın söhbәti dәyişdi:
– Әzizim, bәlkә, bizim Ayvaz gözünüzә dәymiş ola?
– Niyә soruşdun ki?
– Nәsә gözә dәymir...
– Üç gün әvvәl gördüm axı, o soyuq günlәrdә bu-
ralarda idi.
– Harada?
– Qapınızın qabağında. Elә bil büzüşüb titrәyirdi.
Qadın narahat oldu:
– Görәsәn, xәstәlәnmәmişdi ki?
– Çağırdım. Yemәk dә qoydum. Gәlmәdi. Yәqin,
194 xәstә idi.
– İndi lap narahat oldum. Yazıqdı, tәki bir şey-zad
olmasın.
Qonşu qadın çiyinlәrini çәkdi:
– Nә bilim? Sonra görmәdim. İnşallah, heç nә olmaz.
– Gәlәndәn çox narahatıq. Heç bilmirәm, harada ax-
taraq?!
– Hә? Vay-vay!
– Turqutun qanı bәrk qaralıb. Özümü sakit aparıram
ki, çox narahat olmasın...
– Yazıq! Fikir elәmәyin, gәlәr, inşallah!
Bayır qapısının açıldığını eşitdi. Qulaq asdı. Az sonra
qapının örtüldüyünü dә eşitdi.
– Deyәsәn, Turqut gәldi, – dedi. – Gecәn xeyirә
qalsın!
Qadın içәri girmәk üçün yubandı:
– Xeyirә qarşı!
Qonşusu pәncәrәsini örtdü. Qadın qonaq otağına
girdi. Әri soruşdu: