Page 189 - antologiya
P. 189
cati Cumali

İTKİN

Kişi qapını açıb arvadına yol verdi. Әllәrindәki 189
balaca sәfәr çantaları vә çamadanlarla evә gir-
dilәr.
Evin içi qәribә idi. On gün idi, hәr tәrәfinә kimsәsiz-
liyin havası, yad qoxusu hopmuşdu.
Qadın zalın hәyәtә açılan jalüzlәrini açdı. Aprelin
әvvәllәrinin günorta günәşi evi işıqlandırdı. Qadın:
– Nә günә düşüb buralar, – dedi. – Hәr tәrәfi toz
basıb. Burada ürәyim partlayar, tәmizlәmәsәm, ölәrәm.
Kişi zaldan qonaq otağına keçdi. Otağın jalüzlәrini
açıb cavab verdi:
– Gәlәn kimi başlama, sәn Allah. Hәlә qoy bir nәfәs
alaq.
Qadın plaşını soyunub asdı. Sobanı yandırmaq üçün
hazırlığa başladı.
– Ev pis günә qalıb! Yaxşı ki, qayıtdıq! Beş gün dә
artıq qalsaydıq, nә hala düşәrdi?..
Kişi әtrafına baxdı. Bu evi hәmişә tәrtәmiz, isti
görmüşdü. İndi isә bu vәziyyәtindә bütün әşyalar ona
qәdimdәn qalmış kimi yad, mәnasız vә soyuq görünürdü.
Arvadı bir sәbәt odun gәtirdi:
– Ev mәnә yad gәldi! Bәs sәnә?
Kömәk etmәk üçün arvadına yaxınlaşdı:
– Mәnә dә. Elә bil heç yaşadığımız ev deyil...
Az sonra soba yandırılmış zalın, qonaq otağının,
mәtbәxin jalüzlәri, pәrdәlәri açılmışdı. Gündәlik hәyatla-
rının neçә illәrdәn bәri adәt etdiklәri nuru evә yayıldı.
Sobanın çırtıltısı evi bürüdü.
Kişi soruşdu:
– Axşam barәdә nә fikirlәşdin? Nә yeyәcәyik?
Qadın dedi:
   184   185   186   187   188   189   190   191   192   193   194