Page 186 - antologiya
P. 186
Türkiyə ədəbiyyatı antologiyası

– Bәli, o gün gәlib çatdı. Küçәyә çıxmışdım. Evә

qayıdanda papağını asılqanda gördüm. Başa düşdüm ki,

evdәsәn. Heç nә düşünmәdәn sakitcә içәri girdim. Sәn

otaqda idin. Qapı azca aralı qalmışdı. Oradan sәni

yatağında oturan, әllәrinlә üzünü tutub hıçqıra-hıçqıra

ağlayan gördüm. Yavaşca geri qayıdıb evdәn çıxdım.

Küçәdә saatlarla boş-boşuna gәzdim. Sәnin niyә ağladığın

barәdә düşündüm. Tәkcә özün üçün deyil, mәnim üçün dә

ağlayırdın. Mәni xoşbәxt edә bilmәdiyini başa düşüb

ağlayırdın. Hәyatda uğur qazanmağın üçün sәnә mane

olduğumu düşünürdün. Onsuz da bunu mәnә demişdin.

Demәli, sәni atıb getmәliyәm. Sәni әbәdi tәrk etmәli,

hәyatını istәdiyin kimi yaşamağına imkan vermәli idim.

Bu, sәnә edә bilәcәyim son yaxşılıq, son borc idi.

Ayrılmaq qәrarına gәlib evә qayıtdım. Sәnә: “Sәndәn

әlimi çәkirәm, hәyatını daha mәnsiz yaşa” – demәk

186 istәmirdim. Başqa sәbәb, ayrı bәhanә tapmaq lazım idi.
Çünki sәnin şәrәf vә lәyaqәtini yaralamaşam, heç nәyә

baxmadan mәndәn ayrılmağa razı olmayacağını bilirdim.

Bu sәbәb vә bәhanә onsuz da vardı – ehtiyac içindә

yaşamağımız, pulsuzluğumuz.

İki gün sonra çamadanımı hazırladım, sәninlә işim

olduğunu dedim. Sifәtim әsәbi, sәsim qәzәbli idi. Otur-

duq. “Mәn yaxşı ev istәyirәm, yaxşı yaşamaq üçün

yaranmışam. Geyimlәrә, әylәncәlәrә, gәzmәyә ehtiyacım

var. Sәn bunları mәnә verә bilmirsәn. Sәn evlәnәndә mәnә

arzuladığım hәyatı vәd etmişdin! Mәni şirin sözlәrlә

aldatmışdın. – Daha axmaq xәyallarla ağlını itirmiş bir

adamla hәyatıma davam etmәk fikrim yoxdur!” – dedim.

Sәn dodaqlarının kәnarında o mәlun cizgi yaranmış

halda, sükutla üzümә baxırdın. Bu dәfә qışqırdım:

“Sәndәn cavab istәyirәm. Niyә sәfeh-sәfeh üzümә

baxırsan?”.

Onda mәnә yenә sükutla, dodaqlarının kәnarındakı o

cizgi ilә dedin: “Sәninlә evlәnәndә sevgidәn başqa, bir şey
   181   182   183   184   185   186   187   188   189   190   191