Page 182 - antologiya
P. 182
Türkiyə ədəbiyyatı antologiyası

girintisi-çıxıntısı olmayan altı hissәyә necә bölünәcәyi,

başqa günsә dizi üstә çökmüş bir adamın dәmir üstünә

әyilmiş başına bir neçә metr yuxarıdan bir neçә tonluq

kürәnin düşüb hәmin başı necә yastılaşdıracağı barәdә әn

xırda tәfәrrüatlarına qәdәr danışdın. Onda hәmin bәdәnin

vә başın qalxanbalığının quyruğuna vә gövdәsinә bәnzә-

yәcәyini dedin. Üzünә qorxu ilә baxdım. Gözlәrin parıl-

dayır, burun pәrlәrin açılıb-yumulurdu. “Sәnә nә olub

axı?” – qışqıranda özünә gәldin, “Sәn qorxma, hәmin

adamlara mәn o qәdәr nifrәt edirәm ki, yalnız onları mәhv

etmәk üçün düşünürәm,” – dedin.

Xasiyyәtin dәyişmişdi. Әvvәlki kimi sevincli,

hәyәcanlı, hәrarәtli deyildin. Get-gedә daha az danışır, bir

yerdә olanda susur, gözlәrini yumub fikrә gedirdin.

Daha mәnimlә dә maraqlanmırdın. Bәzәn “Sәn

olmasaydın, özüm bilәrdim nә edirәm. Sәninlә olmağım

182 yolumu kәsir,” – deyәrdin. Sonra da ürәyimi almaq üçün
“Sәhv başa düşmә, sevgilim, – tәsәlli verib әlavә edirdin, –

sәninlә get-gedә özümü daha xoşbәxt hiss edirәm, sadәcә

demәk istәyirәm ki, böyük işlәr görmәk istәyәn insan

tәnha qalmalıdır, onların zәif nöqtәlәri, sevgi, mәrhәmәt,

şәfqәt hisslәri olmamalıdır”.

Qadın soruşdu:

– Әgәr dilxor olursansa, daha danışmayım. Nәdir,

xәtrinә dәyir?

Kişi yuxudan oyanmış kimi diksinib kәkәlәdi:

– Yox, bir halda ki, danışırsınız, davam edin. Demәli,

o vaxtlar sizә demişәm ki, böyük işlәr görmәk istәyәn

adam hәyatda daşqәlbli vә mәrhәmәtsiz olmalıdır, elәmi?

Çox sәhv fikirlәşirmişәm! Yox, yox! Baxın, ölümün kan-

darındayam vә deyirәm, böyük işlәri yalnız böyük ürәklәr –

içinә bütün kainat, bütün kainatın sevgisi vә mәrhәmәti

sığan ürәklәr görә bilәr. Sevgisiz, mәrhәmәtsiz böyük әsәr

yaratmaq olmaz. Sevgi vә mәrhәmәt bütün böyük işlәrin

qidasıdır.
   177   178   179   180   181   182   183   184   185   186   187