Page 179 - antologiya
P. 179
məd Ağaoğlu 179

sәsinlә dolar” – demişdin. Sonra da necә ölәcәyimi,
qәbirdә necә çürüyәcәyimi tәsәvvür edib, deyәsәn,
demişdin ki, ölәndәn xeyli sonra bir gün qәbrini gizlicә
açıb sәndәn nә qaldığına baxacam. “Oradan bir çәngә saç,
bir parça sümük götürüb evә gәtirәcәyәm!” – dedin. Ancaq
bu qaranlıq, bu faciәvi arzularından savayı, mәnimlә bağlı
rәngli vә işıqlı düşüncәlәrin dә vardı. “Sәni özüm
yetişdirәcәk, sәnin üçün kitablar yazacağam. Bütün
dünyaya elan edәcәyәm ki, yaratdıqlarım hamısı onun
әsәridir, mәn ancaq ondan ibarәtәm,” – deyirdin. Mәnә
necә qocalacağımız, bir-birimizdәn cismani zövq ala
bilmәyәndә birgә yaşadığımız ömrümüzdәki hadisәlәri
necә xatırlayacağımız, uşaqlarımızın, nәvәlәrimizin başı-
mıza necә fırlanacaqları barәdә danışır, sonra deyirdin:
“Yox, sәn mәndәn bir ay әvvәl ölәcәksәn. Sәndәn ayrı
ancaq bir ay yaşayaram. O da әdәbi yoxluğun iztirabını
dadmaq, sәndәn sonuncu zövqü almaq üçün!” Paltarları-
mızla, ev әşyalarımızla da bağlı arzuların vardı. “Biz pal-
tarlarla, әşyalarla münasibәt yaradacağıq. Yәni evimizi
onlar idarә edәcәk, biri yararsız hala düşәndә bütün ev
mәnasızlaşacaq, rәngsizlәşәcәk. Bax belәcә evimizin
möhkәmliyini tәmin edәcәyik,” – deyirdin.

Kişi qadının yavaş-yavaş “siz”dәn “sәn”ә keçdiyinin
fәrqinә vardı. Bu, köhnә vәrdişindәn irәli gәlirdi, yoxsa
sәmimi olmaq, sәmimi görünmәk üçün idi?

Qadın davam etdi:
– Varlanmaqla bağlı da arzun vardı. “Varlanacağıq,
varlanacağıq! Bütün arzularımızı, hәtta әn әhәmiyyәtsiz
arzumuzu belә hәyata keçirәcәyik,” – deyirdin. Hәm dә
“Bu var-dövlәti namusla qazanacağıq. Necә olacaq,
bilmirәm, ancaq mütlәq bu baş verәcәk. Var-dövlәtimizi
ağılla idarә edәcәyik. Kimsәsiz uşaqları böyüdüb oxuda-
caq, mәktәblәr, xәstәxanalar açacağıq. Bütün o xeyriyyә
qurumlarına sәnin adını verәcәyәm. Ölәndәn sonra
   174   175   176   177   178   179   180   181   182   183   184