Page 175 - antologiya
P. 175
məd Ağaoğlu 175

– Qocalmısınız. İllәr sürәtlә keçir. Sonraya dәrin
izlәr qoyur!

– Hә, qocaldım. Bir dә ki, hәyatın min bir tәsiri vә
hadisәsi bәzәn ruhu da, bәdәni dә vaxtından әvvәl qocal-
dır. Siz dә qocalmısınız. Aramızdakı yeganә fәrq sizin
daha nikbin olmağınızdır.

– Nikbinәm? Bәlkә dә. Onsuz da sevinc vә sәadәtin
vacibliyini tәzә-tәzә başa düşürәm. Bәlkә dә, indi sizi
gördüyüm üçün sevinirәm. Amma, dostum, yenә dә әvvәl-
ki kimi tәrs, tünd xasiyyәtinizlә bütün nikbinliyimi silib-
atdınız.

Kişi deyilәnlәrә cavab vermәk istәmәdi. Keçmiş
arvadı evli olduqları vә ayrıldıqları vaxtlar barәdә söz
açmaq fikrindә idi. Halbuki o, bu mövzuya qayıtmağı
arzulamır, iki dost kimi söhbәt etmәk istәyirdi. Ancaq
qadın әl çәkmәdi:

– Cavab vermirsiniz. Heç dәyişmәmisiniz. Ruhәn dә
eyni cür qaldığınızı görürәm. Yenә dә xoşunuza gәlmәyәn
suallara cavab vermirsiniz!.. İndi dә bunları söylәyәndә,
qorxuram. Qorxuram, yenә әvvәl olduğu kimi, durub
gedәsiniz.

Kişi bu sözlәri bir az narahat, bir az hiddәt, bir az da
kәdәrlә dinlәdi. Görәsәn, otuz il sonra yenidәn görüşә
çağıran keçmiş arvadı onu, ölmәzdәn әvvәl bu dәbdәbәli
kafedә, şәhәrin әn tanınmış adamlarının gözlәri qabağında
bir daha tәhqir etmәk istәmir ki? O rәngi vә baxışı
dәyişmәmiş gözlәrindә dә eyni tәhqiramiz parıltılar yaran-
mışdı. Kişi dә otuz il әvvәlki әsәbi vәziyyәtinә qayıtmaq
istәdi. Ancaq qәfildәn qadın onun әlindәn yapışıb azca
gülümsәdi. Kişi bu әlә, bu әldәn gәlәn istiliyә o qәdәr
yaxşı bәlәd idi ki, aradan keçәn uzun illәr sapı qırılmış
tәsbeh dәnәlәri kimi masanın üstünә dağıldı. Qәlbindә
dәhşәtli şәkildә keçmiş arvadını ilk günlәrdәki kimi
hәyәcanla öpmәk arzusu baş qaldırdı. Başını ona tәrәf
uzatdı. Qadın incә sәslә:
   170   171   172   173   174   175   176   177   178   179   180