Page 170 - antologiya
P. 170
Türkiyə ədəbiyyatı antologiyası

vә dәrhal da başladım. Beş yüz, dörd yüz doxsan doqquz...
dörd yüz doxsan sәkkiz...

Hәlә bu harasıdır ki! İki yüzә çatmamış, beynimdә
xoş bir yorğunluq yarandı, sürәti azaldıb anamın oxuduğu
layla kimi saymağa başladım:

İki yüz iyirmi iki... iki yüz iyirmi bir... iki yüz iyirmi...
iki yüz iyirmi... iki yüz iyirmi... xarab qrammofon kimi...
iki yüz iyirmi... vә mәn “necә dә gözәldir”... “әla”...
“möhtәşәm” deyәn vaxt... iki yüz iyirmi... çünki iki yüz
iyirmi... lirә mәnimdir... iki yüz iyirmi...

Qrammofonun iynәsini valın üzәrindәn götürürәm...
Buna da şükür edә-edә ürәyim hәyәcanla çırpınmağa
başlayanda tez-tez saymağa davam etdim. Şükür etmәyә
dә vaxtım olmamalıydı, hәtta şükür etmәk barәdә
düşünmәmәli idim.

İki yüz on yeddi... iki yüz on altı... iki yüz on beş...
deyәsәn, işlәr düzәlir. Yüz iki... yüz bir... burnumu qıcıq-
170 landıran hava... beynindә hәr şeyin ağır-ağır dibә,
dәrinliklәrә, ayaq dәymәmiş, gün düşmәmiş yerlәrә çәkil-
mәsi... Sәksәn bir... sәksәn... yetmiş doqquz... deyәndә...
yox, mümkün deyil, yetmiş sәkkizә çata bilmәdim. Necә
tapdalayıb keçә bilәrsәn axı, qardaşım, necә?

Yetmiş sәkkiz mәnim mәktәbimin nömrәsi idi.
Yetmiş sәkkiz on iki-on beş yaşlı uşaqdır. Rayonda keçәn
üç qışdır. Biri şair, biri futbolçu, biri pilot, biri prezident
olan dörd sevdadır. Mәktublar, imtahanlar, ataya “qiymәt
aldım” nәğmәlәri oxuyan teleqramlardır. Yetmiş sәkkiz...

Yorğanı üstümdәn atıb, yataqdan sıçradım. İşığı
yandırdım, bir siqaret dә yandırdım. Artıq yuxu, yatmaq,
sabah, sağlam bәdәn, sağlam beyin nәzәriyyәsi vә başqa
bütün nәzәriyyәlәr vecimә dә deyildi... Mәndәn başqa,
saata baxan hәr kәs “iki dәfә otuz beş” deyәrdi, amma mәn
acıqla demirәm. Demәyәcәyәm dә.

“Sabah, sabah,” – deyә-deyә sayıqlayırdım. Onsuz da
sabaha bir şey qalmamışdı, az qala, sәhәr açılırdı. Guya
   165   166   167   168   169   170   171   172   173   174   175