Page 173 - antologiya
P. 173
məd Ağaoğlu

OTUZ İL SONRA

Açılmış mәktubun sәliqәli sәtirlәrini köhnә 173
tanışını tanıyan kimi tanıdı. Bu mәktub ondan
gәlmişdi. Gözlәri qarşısında otuz il әvvәlki mәnzәrә
canlandı.
Sadә vә köhnә mebellәri, cırıq pәrdәlәri, çirkli pәn-
cәrәlәri olan balaca bir otaqda üz-üzә oturmuşdular.
Ortadakı masanın üstündә içi dolu çamadan vardı. Masa-
nın altında uzun, parlaq tüklәri olan pişik uzanmışdı. Di-
varda ilıq payız günәşinin titrәk işıqları oynaşırdı.
Qadın oturduğu kreslonun dirsәklәrini barmaqları ilә
taqqıldadır, әsәbi sәslә deyirdi:
– Yox, yox, daha buna dözә bilmәrәm, mәn gedirәm.
Bu yaşamaq deyil, sürünmәkdir. Biz evlәnәndә bunu vәd
etmişdin?
– Sәninlә evlәnәndә sevgidәn başqa, vәdim yox idi.
Bu cavabı sakitlәşmәk üçün vermişdi. Ardınca da:
– Bәli, heç bir vәd vermәdim. Sәni indi dә sevirәm.
Görürsәn ki, sözümә әmәl edirәm. Ancaq getmәk istәyir-
sәnsә, buyur! – demişdi
Qadın yerindәn durmuş, çamadanını götürüb qapıya
yönәlmişdi. Hәmin mәqamda onun arxasından qaçmaq,
“getmә” demәk üçün ürәyindәn dәhşәtli bir istәk keçdi.
Ancaq o tәrpәnәnә qәdәr qadın küçә qapısından da çıxmış,
geridә isә özündәn sonra son canlı iz kimi, yalnız qapının
bәrkdәn çırpılmasını qoyub getmişdi. Onda – beşillik ailә
hәyatının hәmin son günündә ürәyindә heç bir sevinc,
sızıltı hissi olmadan, hәtta heç bir şey düşünmәdәn, key
kimi saatlarla kresloya yayxanıb qalmışdı.
O son gündәn otuz il keçmişdi. O qadını bir daha
görmәdi. İlk illәr ona qadın haqqında bәzi xәbәr çatırdı.
Ancaq sonra hәr şey keçmişin qaranlığına qarışıb getdi.
   168   169   170   171   172   173   174   175   176   177   178