Page 177 - antologiya
P. 177
məd Ağaoğlu 177

oldum, sәyahәt etdim, sonra da yoruldum. İndi dә dönüb
geri baxanda görürәm ki, demә, hәyatım bütün bu
uşaqlıqlar, tәlxәkliklәr, mәnasız hәrәkәtlәrdәn ibarәt imiş.
Ona görә dә heyrәtlәnirәm.

Qadın keçmiş әrinin üzünә mәrhәmәtlә baxdı:
– Bәli, hәyatınızdakı bütün macәralardan xәbәrim
var. Sizә bir söz demәk istәyirәm. Ancaq hirslәnmәyin.
Sizi tәnәylә, zorla xәyallarınızdan ayırdığım vaxtlarda
olduğu kimi, mәni acı vә kobud sözlәrlә tәhqir etmәyin.
Sizinlә sevib ailә qurmuşdum. Qәlbimdә yaranan sevgi
gözәlliyiniz, xasiyyәtiniz, ya başqa üstünlüyünüz üzündәn
deyildi. Onsuz da bunların heç biri sizdә yox idi (Qadın
bu yerdә kişiyә göz vurdu. Kişi onun bir vaxtlar ona
“Çirkinsәn, amma sәni sevirәm” deyәrkәn belәcә göz
vurduğunu xatırladı). Bәli, mәni sizә bağlayan mәhz
hәmin arzularınız idi. Onlar tәkcә sizә mәxsus deyildi.
Mәnimlә, gözlәdiyiniz uşaqlarınızla, vәtәnimizlә bağlı
arzular idi. Varlanmaq, mәşhurlaşmaq, böyük adam olmaq
istәyirdiniz. İdeallarınıza doğru gedәn vaxt mәruz
qalacağınız fәlakәtdә, әldә etdiyiniz hәr uğurda özümü dә
sizin yanınızda, sizinlә çiyin-çiyinә görürdüm. Bir gün
mәnә böyük bir inqilabçının hәyatı barәdә danışdınız,
arvadının onun hәyatında oynadığı roldan bәhs etdiniz.
Hәbsdә, hәbsxanadan qaçanda, çevrilişdә vә sәngәrlәrdә
hәmişә bir yerdә olublar!
Uşaqları sevirdiniz. Bizim dә uşaqlarımız olsa, on-
larla bağlı necә böyük, gözәl arzular qurmuşdunuz! Hәr
tәfәrrüat barәdә düşünәr, mәnә danışardınız. Hәmin
xәyallar rәngbәrәng, canlı idi. Ancaq fikir verirdim ki,
tәxәyyülünüzdә mәnә maraqlı vә qәribә görünәn bir
xüsusiyyәt dә var. Arzularınızda fәlakәtlәr, faciәlәr dә
vardı. Hәtta onlar barәdә tәfәrrüatına qәdәr düşünürdünüz.
Bir gün hәlә mәnә doğulmamış – çox şükür ki,
doğulmadılar – uşaqlarımız barәdә danışanda, – indi dә
   172   173   174   175   176   177   178   179   180   181   182