Page 184 - antologiya
P. 184
Türkiyə ədəbiyyatı antologiyası

dәn xәbәrdarlıqlar, töhmәtlәr almağa başladın. İşdәn evә
әsәbi, yorğun gәlirdin. Sәndәn “Nә olub, niyә kefin yox-
dur?” – soruşanda mәnә qışqırır, yemәyini tәlәsik yeyir,
divana uzanıb qalırdın. Evin içindә, әrimin yanında özümü
tamam tәnha hiss etmәyә başladım, bu hisslә birgә mәndә
sәnin haqqında, evimiz haqqında, ailәmiz vә sәadәtimiz
barәdә suallar yaranmağa başladı. Öz-özümә “Görәsәn,
mәn aldanmışam? Bu adam fantaziya maşını deyilmi?” –
deyirdim. İllәr keçir, sәn isә işindә nәinki ucalır, әksinә,
daha da dibә batırdın.

Sonra sәnin get-gedә әsәbi, kobud vә davakar olma-
ğın, düşüncәlәrinin getdikcә tamamilә azğınlaşması, abrını
itirmәsi nә demәk idi? İşindә irәli gedә bilmәyәndә gәlә-
cәyi әllәrindә olan adamlara düşmәn kәsilir, arzularını kә-
sә yolla, heç bir әziyyәt çәkmәdәn hәyata keçirmәyә
çalışırdın!
184 Fikirlәrimә, gәldiyim nәticәyә yavaş-yavaş inanır-
dım. Sәni yad adam kimi kәnardan tәhlil edirdim. Evimiz
getdikcә mәnә daha soyuq görünür, әşyalarımızın azlığını,
çatışmazlığını hiss etmәyә başlayırdım.

Düşüncәlәrimlә birgә mәn dә sәnә qarşı kobud-
laşmağa başladım. Mәnә xәyalların barәdә danışmaq
istәyәndә sözünü kәsir, hәtta, – bütün bu söhbәtlәrdәn
bezdim, – hәyatımız, deyәsәn, elә bu cür keçәcәk, deyir-
dim. Bu cavablarıma әsәbilәşir, hirslә evdәn çıxıb ge-
dirdin.

Yavaş-yavaş eyni evdә yaşayan iki yad, düşmәn in-
sana çevrilirdik. Bunu anlayanda özüm özümә heyrәt
etdim. Bәs niyә sәni tәrk edib getmirәm? Buna ancaq belә
cavab verirdim: “Әgәr getsәm, o, daha bәdbәxt olacaq!
Bәlkә, indi böhran keçirir, sonra düzәlәcәk!”.

Ancaq çox tәәssüf! Bütün ümidlәrim puç olur, sәn
getdikcә özünә qapanırdın. Bәzәn günlәrimiz bir-birimizә
bir kәlmә söylәmәdәn keçirdi. Yavaş-yavaş fikir mәni
   179   180   181   182   183   184   185   186   187   188   189