Page 192 - antologiya
P. 192
Türkiyə ədəbiyyatı antologiyası

tasını götürdü. Yataq otağına qalxıb paltar dolabının qar-
şısında yerә qoydular. Kişi çarpayının ayaq tәrәfindә da-
yandı. Qadın pәncәrәnin pәrdәlәrini açandan sonra
dillәndi:

– Oh! Otağımız üçün elә darıxmışdım ki!
Gün batmışdı. Otağın içi toranlıq idi. Kişi susurdu.
Qadın gәlib әrinin yanında oturdu. Әlini çiyninә qoydu:
– Sәn heç darıxmadın? De dә!
– Әlbәttә, darıxdım!
Qadın mövzunu dәyişdi:
– Bayırda kimi gördün?
– Suatla rastlaşdım.
– Necәdilәr?
– Yaxşıdılar. “Yorğun deyilsinizsә, axşama bizә çay
içmәyә gәlin”, dedi. Arvadı sәnin üçün çox darıxıbmış.
– Bәs sәn nә dedin?
– Dedim, sәn razı olsan, gәlәrik.
192 – Gedәk?
– Nә bilim?
Qadın ayağa durdu. Dәrindәn nәfәs alıb gәrnәşdi:
– Elә yorulmuşam ki! Getsәk, yemәk hazırlamaqdan
canım qurtarar. Amma indi çölә çıxmağa nәsә hәvәsim
yoxdur!
Bu vaxt küçәnin işıqları da yandı. Kişi dә ayağa qalx-
dı. Qadın işığı yandırıb pәncәrәyә yaxınlaşdı. Pәrdәlәri
çәkdi. Hәlә dә pәncәrәdәn küçәyә baxan әrinin çәnә-
sindәn tutub başını özünә tәrәf çevirdi. Әllәrini tutub
belinә doladı. Başını kişinin sinәsinә qoydu.
– Bilirsәn, – mәlahәtli sәslә dedi. – Bu bir hәftәdә
çox yorulduq. Qohum-әqrәbaya qonaq getmәkdәn yorul-
dum! Bu an üçün o qәdәr darıxmışam ki! Nә olar, fikir elә-
mә...
Qucaqlaşmış halda bir-iki addım gedib yenә çarpa-
yının kәnarında oturdular.
– Ayvazın gәlib çıxmamasına görә kefim pozulub!
   187   188   189   190   191   192   193   194   195   196   197