Page 164 - antologiya
P. 164
Türkiyə ədəbiyyatı antologiyası

OĞLUMUZ

Sәsi ruhuma su kimi çilәndi. Otağımız sanki bu
dünyadan bütün hiss vә duyğuların gedib çatma-
yacağı qәdәr uzaqda idi, arvadım da Quranda vәd edilәn
xoşbәxtliyini elә bil neçә әsrlәrdir, әbәs yerә gözlәyirmiş.
Hәrәkәtlәrindә vә yerişindә artıq qәbul etdiyi bu
mәğlubiyyәtin kәdәrli susqunluğu vardı. Mәtbәxә keçdi.
Sanki onu yuxuda görürdüm. Manqala vә samovara kömür
atdı, dәstәmaz aldı, sonra sәccadәsini sәrib namaza durdu.
Hava әmәlli-başlı işıqlaşmışdı.
Rәngsiz, sakit vә cazibәdar sübhçağı, yatağın ilıqlığı,
qeyri-müәyyәn duyğular, fikirlәrdәn qaçış... Xәyallara
daldım.
– Ay Allah...
164 – Nә var?
– Gәldi...
– Nә yaxşı...
Ancaq mәsәlә bunda deyildi. Arvadım mәni biga-
nәlikdә suçlayır, kәdәrlәnirdi:
– Heç nә demәyәcәksәn? Artıq üçüncü dәfәdir... Ay
Allah, neylәyәcәyik?
Düzü, bunu heç özüm dә bilmirdim. Amma ona:
– Sabah görüm neynirәm, – deyirәm.
Hansı sabah? Dan yeri ağarmış, göyün üzü açılmış,
artıq sabah olmuşdu. Yaşamaq mәcburiyyәtindә qaldığı-
mız gün başlamışdı. Arvadım haqlı idi. Buna әncam
çәkmәyin vaxtı çatmışdı. Oğlum yatağına hәlә indi girirdi.
Göstәrdiyi bütün bu müqavimәtlәrin ümidsiz üsyan
olduğunu ona başa salmalı idim. Yataqdan sıçradım.
Arvadım tәlaşla dillәndi:
– Çox sәrt olma. Artıq necә olsa da...
Sözünün ardını demәdi. Ona nәzәr saldım. Baxışları
süzgün idi. Ah, mәnim solğunbaxışlı, çalsaçlı körpәm.
   159   160   161   162   163   164   165   166   167   168   169