Page 158 - antologiya
P. 158
Türkiyə ədəbiyyatı antologiyası
– Qәribәdir. Bu quş niyә uça bilmәsin axı?
Alman professor diaqnozunu qoydu:
– Yәqin ki, qocalıb.
Şlyapalı dosent yük maşınının sürücüsündәn soruşdu:
– Görәsәn, neçә yaşı olar?
– O qәdәr dә qoca deyil. Tükünün tökülmәsinә
baxmayın. Qanadı sınıb, ona görә dә yazıq uça bilmәz axı.
Balaca olanda anası bu bәdbәxti yuvadan tullayıb.
Mifologiyadan dissertasiya yazan eynәkli cavan
oğlan sevinclә dillәndi:
– Daha deyin ki, bu quş lap Hefes kimidir dә. Amma
onu Yer üzünә anası Hera yox, atası Zevs atmışdı.
Qızlardan sarı yun köynәk geymişi maraqlanıb
sürücünün yanına gәldi:
– Balasını niyә atıbmış axı, – dedi, – sәn canın, de,
niyә atıb?
– Niyә atmasın. Ana leylәyin adәtidir dә. Üç balası
158 olanda birini yuvadan tullayır. Әn pisi dә odur ki, yazıq
aşağı düşsә dә, ölmәyib. Telefon dirәyindәn asılı qaldığına
görә qanadı sınıb. Halvaçı Musa çıxıb aşağı endirdi.
Qanadı qopub, dәrisindәn sallanırdı. Әvvәlcә elә bildik,
ölәcәk. Allahın hikmәtidir, sağaldı, bax. Amma di gәl,
yazıq şikәst qaldı. Elә hey çırpınır, uça bilmir.
– Bәs o birilәr payızda uçub-gedәndә bu neylәyir?
– Neylәyәcәk ki, getmir, vәssalam. Üç ildә hamımıza
öyrәşdi... Ayağı düşәrlidir, yoxlayıblar. Dükançıların
hamısı onu sevir. İstәdiyi dükana girib-çıxır. Ona qışda
çörәkxanada qulluq edirlәr. Gәzir dә özüyçün.
Sarı yun köynәkli qız hәlә dә zalım ananı bağışlaya
bilmirdi:
– Ana leylәklәrin hamısı belә daşqәlblidir? Bәs atası,
qardaş-bacısı hardaydı, niyә qoydular ki, anası onu atsın?
Şәkil çәkdirmәk xәstәsi olan qızın bayaqkı süpür-
lәşmәdә әli cızılmışdı. İndi dә barmağının qanını
sümürürdü.
– Yazıq bala, – dedi, – çox yazığım gәldi. Bilsәydim,
qovmazdım.