Page 153 - antologiya
P. 153
iz Nesin 153

– Mәn imperatoram?
Aşağıdan:
– İmperatorsan! – Cavab verdilәr.
– Bir halda ki, imperatoram, onda ürәyim nә vaxt
istәsә, o vaxt düşәcәyәm. Düşmürәm!
Komissar әsәbilәşdi, beynindәn “Әşşi, özünü atırsan,
at da. Lap yaxşı, dünyadan bir dәli azalar”, – keçirsә dә,
dilinә gәtirmәdi ki, bir xata çıxar. Komandir qocadan
soruşdu:
– Bәs indi neylәyәcәyik? Bu dәlini heç cür aşağı
düşürmәk mümkün deyil?
– Mümkündür.
– Necә?
– İcazә verin, mәn düşürüm.
Hamı maraqla qocanın dәlini necә aşağı düşürәcәyini
gözlәyirdi. Qoca damdakı dәliyә qışqırdı:
– İmperator hәzrәtlәri!.. Altıncı mәrtәbәyә qalxa
bilәrsizmi?
Dәli ciddi halda:
– Bәli, – dedi.
O, pillәkәnlә damdan aşağı enib altıncı mәrtәbәnin
pәncәrәsindәn camaata baxdı. Qoca soruşdu:
– Әlahәzrәt beşinci mәrtәbәyә qalxmaq istәyirmi?
Dәli:
– Bәli! – dedi.
Hamı çaşıb qalmışdı. Qoca dördüncü mәrtәbәnin
pәncәrәsindәn aşağı baxan dәliyә:
– Görәsәn, hörmәtli imperator üçüncü mәrtәbәyә
qalxmaq istәyir? – dedi.
Dәli dillәndi:
– Әlbәttә.
Dәli üçüncü mәrtәbәnin pәncәrәsindәn aşağı baxırdı.
Artıq damdakı sayaq oynamırdı. Әsl kral kimi ciddi
hәrәkәt edirdi.
   148   149   150   151   152   153   154   155   156   157   158