Page 152 - antologiya
P. 152
Türkiyə ədəbiyyatı antologiyası

– Düş aşağı, sәni nazir qoymuşuq. O biri nazirlәr
sәni gözlәyir.

– Yoxsa yeyinti var? Aşağı düşüm, tutub mәni içәri
salasınız? Düşmürәm!

Qoca:
– Әbәs yerә әziyyәt çәkirsiniz! – dedi. – Mәn bu
dәlilәri ovcumun içi kimi tanıyıram.
Dәli bar-bar bağırdı:
– Baş nazir qoymasanız, düşәn deyilәm. Özümü
aşağı atacağam.
– Yaxşı, onu da elәdik. Sәni baş nazir dә qoyduq.
Qoca:
– Dedim axı, düşmәyәcәk, – dedi.
Dәli yenә oynamağa davam etdi:
– Kral qoyun! Kral qoymasanız, özümü aşağı
atacağam.
152 Qocanın dediklәri düz çıxırdı. Ondan mәslәhәt
istәdilәr:
– Necә mәslәhәt görürsünüz, kral qoyaq?
– İş-işdәn keçib, artıq nә desә, onu yerinә yetirmәyә
mәcbursunuz. Daha nazir elәmisiniz dә... – Qoca dedi.
– Qardaş, sәni kral da qoyduq. Düş aşağı.
Damda oynayan dәli:
– Düşmürәm, – dedi.
– Axı daha nә istәyirsәn? Kral da qoyduq.
– Düşmürәm! İmperator edin, düşüm. Yoxsa indicә
özümü aşağı atacağam.
Qoca:
– Atar, – dedi.
– Elәdik, sәni imperator da elәdik. Di aşağı düş.
– Sizin kimi kәmağılların arasında mәn boyda imper-
atorun nә işi var axı? – Dәli dedi.
–Yaxşı, nә istәyirsәn, edәrik. Tәki aşağı düş.
Damdakı dәli soruşdu:
   147   148   149   150   151   152   153   154   155   156   157