Page 147 - antologiya
P. 147
iz Nesin 147

hissәni bağlayan kimi, trakor işә düşdü. Qarda-qiyamәtdә
traktoru tövlәyә salıb sarı öküzün yerinә bağlayırdıq. Bir
müddәt keçmişdi ki, bankın faizi gәldi. Pul da yox idi.
Traktor bizi bәlaya saldı. Borc-xәrc elәyib ilk ayın borcunu
ödәdik. Yay olmamış traktor yenә xarab oldu. A kişi, bu
zibil nә istәyirdi axı? Usta gәtirdik. Dedi ki, dişi qırılıb.
Diş dә elә asan tapılan şey deyildi. Әgәr başqa traktor
alsam, onun dişini buna taxdıra bilәrdim.

Qonum-qonşunun da tarlasında vәziyyәt pis idi.
Kimin hәyәtinә baxırdın, bir traktor xarab olub leş kimi
hәyәtdә qalmışdı. Heyif sarı öküzdәn. Ölüsü dә puldur,
dirisi dә... Bu zibil öküz dә deyil ki, heç olmasa, әldәn-
ayaqdan düşәndә tutub kәsәsәn... İkinci ayın da faiz pulu-
nun vaxtı gәlib çatmışdı... Az qala bağrım çatlayırdı.
Deyilәnә görә, Adanada bir nәfәr o zibilin ustası imiş.
Uşağa dedim: “Ay eşşәk, get, bu zibili düzәltdir”. Adanaya
getdi. Usta da deyib: “Xәstәni görmәsәm, olmaz!” Mәn
dә “Götür apar,” – dedim. Xarab traktora iki öküz qoşub
apardıq. On beş günә gedib Adanaya çatdıq. Bir hissәsini
satıb ustanın tәlәb etdiyi beş yüz lirәni verdim. Qızla
kürәkәn dә gәldilәr. “Zibilә bu qәdәr pul vermişik, heç ol-
masa, bir az kef çәkәk”, – deyib hamımız traktora
doluşduq. Xülasә, oğlum bәrk sürdü ki, bizim traktor
Mәmişin oğlu Hüsnünün traktorunu ötsün. Vay dәdә! Bu
dәfә karbürator çatladı. Qәzәblәndim: “Ay zibil, eşşәk
kimi sürәndә belә olacaqdı da. Heç öküz tab gәtirә
bilmәzdi. Bu әrәb atı-zaddı?”

Neylәdiksә, zәhrimara qalmış yerindәn tәrpәnmәdi.
Belә vәziyyәtdә qara öküzü necә arzulamayasan? “Dәh”
deyәn kimi, dağı-daşı yerindәn oynadır. Qızla kürәkәni
qırağa çәkib dedim: “Qancığın doğduğu, biz neçәnci ildә
yaşayırıq... 1955-ci ildә deyilik?” Kürәkәnә söylәdim:
   142   143   144   145   146   147   148   149   150   151   152