Page 143 - antologiya
P. 143
iz Nesin

MӘDӘNİYYӘTİN EHTİYAT HİSSӘSİ

Çayxanaya girsә dә, әtrafdakılara salam vermә- 143
yәn kişi hamını diqqәtlә süzdü. Bayaqdan fәv-
varәli çarhovuza baxan başqa bir kişi gözünü oradan
çәkib:
– Salam, Hәmid ağa!.. – dedi.
– Salam.
– Nә olub, Hәmid ağa, öküz kimi nә vurnuxursan?
Hәmid ağa bunu deyәn qocaya tәrәf çevrildi:
– Şükür, Әli çavuş, canım qurtardı. Şükür Allaha...
– Gözün aydın, Hәmid ağa, bankın borcunu qay-
tardın?
– Yox, әşşi... Kimdi bankın borcu barәdә fikirlәşәn?
O andıra qalmış traktordan xilas oldum...
Traktor sözünü eşidәn kimi, bayaqdan oturduğu
yerdә yuxulayan qocaların gözlәrinә işıq gәldi. Otur-
duqları hәsir stulda bir az da dikәlib dirçәldilәr. Hamı stu-
lunu Hәmid ağaya tәrәf çәkdi.
– Doğrudan?
– Hәmid ağa, birdәfәlik xilas oldun?
– Danış görәk, necә oldu?..
Hәmid ağa:
– Hә, xilas oldum, – dedi. – Allaha min şükür. Allah
mәnә bu günlәri görmәyi dә qismәt elәdi.
Qulaq asanları maraq bürümüşdü. Hәsir stullarını bir
az da Hәmid ağaya tәrәf çәkdilәr. Hәmid ağa danışmağa
başladı:
– Әşşi, uzun söhbәtdi. Bu, uzun mәsәlәdi... Oğlum
әsgәrlikdәn gәlәndәn sonra dedi: “Ata, әsgәrlikdә şoferlik
öyrәnmişәm, bir traktor alaq”. Hәmin günlәrdә dә qızım
   138   139   140   141   142   143   144   145   146   147   148