Page 138 - antologiya
P. 138
Türkiyə ədəbiyyatı antologiyası
sәndәlәdi ki, az qala yıxılıb dәzgahların arasına yum-
balanacaqdı. Kiminsә görüb-görmәdiyinә әmin olmaq
üçün әtrafa baxdı.
Fabrikdә hamı Sami kimi halsız vә yorğun idi. Artıq
ustabaşıların fitlәri dә eşidilmirdi. Sami bir dәfә dә
dәzgahın yan dәmirlәrinә söykәnib yıxılmaq tәhlükә-
sindәn xilas olandan sonra gözlәri qıpqırmızı qızarmış
halda әtrafa boylandı. Dәzgahların boş-boşuna işlәdiyini
gördü. O da dәzgahdan uzaqlaşıb ayaqyolu tәrәfә getdi.
Ustabaşı Heydәrin yarasını sarıyandan sonra işıqları
söndürmüş, sәrinkeşi sürәtlәndirib pәncәrәlәri taybatay
açmışdı. Bәrk yuxusu gәlirdi. Әsnәyib pәncәrәnin
dәmirinә söykәndi. Gecә çox aydınlıq idi. Uzaqdan qram-
mofon sәsi gәlirdi, әtraf mәhәllәlәr – çoxu fәhlәlәrin
yaşadıqları mәhәllәlәr idi – gecәnin zülmәtinә qәrq
olmuşdu. Ustabaşı bunların heç birinә fikir vermәdi.
138 Qrammofonun sәsinә qulaq asa-asa yuxuya getdi. Az
sonra xoruldamağa başladı. Pәncәrәyә söykәnmiş qolları
boşaldığı üçün gurultuyla yerә sәrildi. Ayağa durub qapıya
tәrәf getdi. Var gücü ilә fit çalmağa başladı. Qәfildәn bütün
maşınların boşuna işlәdiyini gördü. Tәzәdәn fit çalacaqdı
ki, ağlına usta Cәlal düşdü. Cәlalın otağına gedәndә onun
da maşına söykәnib yuxuya getdiyini gördü. Ustabaşı
hikkәsindәn dodaqlarını çeynәyә-çeynәyә irәli yeridi,
Cәlal ustanın çiyinlәrindәn yapışıb bәrk-bәrk silkәlәdi.
Cәlal dik atıldı. Ustabaşı qışqırırdı:
– Afәrin!! Biz sәni bura yatmağa gәtirmişik, yoxsa
fәhlәlәrә nәzarәt etmәyә? Sәn belә elәyәn yerdә bunlar
neynәsin? Xәbәrin var ki, bütün dәzgahlar boş-boşuna
işlәyir? Fәhlәlәrin hәrәsi bir tәrәfә dağılıb. Bu işlәmәkdir?
Murdarlar!..
Ustaların arası uzun müddәt idi ki, yaxşı deyildi.
Cәlal usta yuxunun torundan xilas olandan sonra:
– Çox sәs salma! – dedi. – Sәnin qarşındakı fәhlә de-
yil... Mәn...