Page 134 - antologiya
P. 134
Türkiyə ədəbiyyatı antologiyası

axşamacan acsa, әlli quruş avans ala bilәrdi. Bu barәdә
düşünsә dә, fikrindәn daşındı. Anası tapşırmışdı: “Oğlum,
heç vaxt borc alma... Ayın axırında kirә pulumuzu verә
bilmәsәk, bizi evdәn çıxararlar...” Dәzgahı işә salıb bir
müddәt işlәyәndәn sonra ayaqyoluna getdi. Kranın
başında yenә dә adam çox idi. Növbә gözlәdi.

Emalatxanadan sәrin olduğundan, uşaqlar buranı
daha çox xoşlayırdılar. Ancaq ustalar uşaqların bura
toplaşdıqlarını bildiklәri üçün tez-tez yoxlamağa gәlirdilәr.
Belә olanda uşaqlar qaçar, ustalar da onları qovardılar. Tu-
tulan әvvәlcә döyülәr, sonra da cәzalandırılardı. Sami
sifәtini krandan axan ilıq suda yudu, bәdәnini islatdı, yaş
dәrisini ovxalayıb sәrinlәtdi. Başını yenidәn kranın altına
salmaq istәyәndә fit çalındı... Uşaqlar qaçmağa başladılar.
Sami cumub ocaqların arxasında gizlәndi. Burada dәhşәtli
isti vardı. Yaş bәdәni qurudu. Maşının yanına gәlәndә
134 saçından başqa, bütün bәdәni qupquru idi. Yenә istidәn
yanmağa başladı. Cәlal usta bir-bir maşınlara yaxınlaşır,
avans istәyәnlәrin adlarını qeyd edirdi. Növbә Samiyә
çatanda o, pul istәmәdiyini söylәdi.

Saat ikidә birsaatlıq yemәk fasilәsi verildi. Sami
kömür anbarına endi. Anbar qaranlıq, rütubәtli, torpaq isә
sәrin idi. İri kömür parçasını başının altına qoyub
yorğunluğunu çıxarmaq istәyirdi ki, elә o dәqiqә dә yuxu-
ya getdi... Fit sәsinә oyananda nәzarәtçilәr әllәrindә lampa
uşaqları qovurdular. Sami dә dayandı. Rütubәtdәn
qabırğaları bumbuz olmuşdu.

Üzbәüz tәrәfdә, Fәrhad kişinin maşınından bir az o
yanda dәmirçi Şuayib vә kömәkçisi Danyal isti dәmiri
çәkiclә döyәclәyirdilәr vә iri, ağır çәkic dәydikcә dәmir-
dәn qığılcım çıxırdı. Danyalın arxası Samiyә tәrәf idi.
Boynunun ardından vurulmuş saçları onun yeniyetmә
olduğunu göstәrirdi.
   129   130   131   132   133   134   135   136   137   138   139