Page 129 - antologiya
P. 129
al Tahir 129

Rahat idi.
Mişar barmağına dәyәndә söyә-söyә әlini ağzına
apardı. Axşam idi, axurun kiçik pәncәrәsi qaralmışdı.
Geri çәkilib gördüyü işә baxdı. Sonra Dәliqırın
sağrısına şillә vurdu:
– Yem qablarını da düzәltdik, – dedi.
Artıq qaçıb arabaya minmәkdәn başqa heç nә
istәmirdi. Bir dә şam yemәyinә qalsaydı, lap biabırçılıq
olacaqdı. Hәtta yediklәrinin әvәzini ödәmәk üçün nәsә
etmәk istәyirdi. Bunun üçün çarә axtardı. Tapa bilmәyib
fikirlәşdi ki, bunu da sonra araba haqqına saysınlar.
Tez-tәlәsik pencәyini götürüb gedәndә qız lampanı
yandırırdı. O da mәcbur olub döşәkçәnin üstünә oturdu.
Süfrә açdıqlarını görәndә narahat oldu.
– Zәhmәt çәkmәyin, ana.
– Zәhmәt deyil, ay oğul. Sәhәr açılandan evimizi
canlandırmısan. – Sәsi titrәyirdi. – Kişisizlik pis şeydi.
Yem qablarını da gördüm. Bunun atasının әsgәrliyә
getmәyindәn iyirmi il keçib. Rәhmәtlik kişi yola düşәndә
Cәmilә balaca idi. O gedәn getdi... Cibindә kağız pul
vardı. Dedilәr, yolda öldürüblәr. Hәrә bir şey dedi. Şәhid
xәbәri dә gәlmәdi. Bir qırıq qara kağızı gәlsәydi, Quran
oxutdurub toxtayardım. Heç nә gәlmәdi.
– Hansı müharibәyә getmişdi ki, ana? Sәfәrbәrlik idi,
yoxsa necә?
– Müharibәyә getdi. Bilmirәm hansı idi.
Arabaçı arabaya minәndә axşam azanı verilirdi.
Kәkәlәyәn arvad әlindә çıraq hәyәt qapısını açdı. Cәmilә
әrik ağacınını altında әllәrini belindәki şala keçirib
dayanmışdı, arabaçıya baxırdı. Arabaçı yan kәmәrlәri,
tәkәrlәri, yem kisәlәrinin bağlanıb-bağlanmadığını nәzәr-
dәn keçirәndәn sonra yola düşdü. Atlar hәrәkәtә başla-
yanda Cәmilәyә әl elәdi.
– Salamat qal...
   124   125   126   127   128   129   130   131   132   133   134