Page 124 - antologiya
P. 124
Türkiyə ədəbiyyatı antologiyası

– Maşallah, nә gözәl atların var, ay çavuş, – deyirdi.
Arabaçı Pambıqqırı sığallaya-sığallaya bayıra çıxarıb
evin әtrafına baxdı.
– Bir az su tapaq, ay ana. Әl-üzümüzü yuyaq.
– Bir yuxarı gәl, ay bala.
– Gecә vaxtı әziyyәt verdik...
Pillәkәnin başında dayandı. Çәkmә ilә çıxmaq
istәmirdi. Kәkәlәyәn qadın:
– Çıx, çıx, heç nә olmaz, – dedi.
Nәrdivanın yuxarısında taxıl anbarı vardı, sol tәrәf-
dәn isә kәrә yağı iyi gәlirdi. Sağdakı bir qapıdan dәhlizә
işıq düşürdü. Qadın hәmin otağın qarşısına çatanda:
– Ay qız, Cәmilә, qonaq gәlib, gәl, – dedi.
Arabaçı başını aşağı salmışdı.
Qadın dillәndi:
– Tez ol, ayaqqabılarını soyundur.
124 Arabaçı geri çәkilib:
– Elә şey olmaz, özüm soyunaram, – dedi.
– Niyә olmur axı... Ay qız...
Qız çömbәldi. Arabaçı ayağını uzatdı.
Otağa girib döşәkçәnin üstündә uzananda ac olma-
ğına, yan otaqdan gәlәn kәrә yağı qoxusuna baxmayaraq,
әvvәlcә yatıb dincәlmәk istәyirdi. Ayaqqabıları soyunan-
dan sonra rahatlıq tapan qıçlarını uzadıb arxaya söykәn-
mәk istәyirdi ki, Cәmilәnin әlindә lәyәn içәri girdiyini
görüb dikәldi. Pencәyini cәld soyunub qollarını çirmәlәdi.
Sanki lәyәn bir neçә saat әvvәl qalaylanmışdı, par-par
parıldayırdı. Arabaçının nәzәrlәri qәfildәn qızın balaca
әllәrinә sataşdı:
– Gecә vaxtı zәhmәt çәkdiniz, – dedi.
Әtrafa göz gәzdirdi. Otağa kilimlәr döşәnmişdi.
Ancaq hamısı köhnә, yamaqlı idi.
Arabaçı atlarla özünü nәzәrdә tutub fikirlәşdi: “Üç
nәfәr, kasıbın ocağını söndürәcәyik, işә bax”.
   119   120   121   122   123   124   125   126   127   128   129