Page 119 - antologiya
P. 119
al Tahir 119

– Soruş görüm.
– Evlәnmәk mәqsәdin var?
– Әlbәttә, yaxşı bir qız tapsam, fikirlәşmәdәn
evlәnәrәm.
– Hә, onda bizim kәndә gәlsәn, axtardığını mütlәq
taparsan.
– Orada yaxşı qız tapmaq olar?
Araba sürәtlә getdiyindәn arvadlar başlarını belә
tәrpәtmәdәn oturmuşdular. Sifәtlәri görünmürdü.
– Münasib adam tapılsa, gәlәrәm, ay xala... Vallah,
billah, atları qovub sizin kәndinizә dә gәlәrәm.
– İndi bax da, ay oğul. Uzun sözün qısası, sәnә mü-
nasib qız var. Gözәldir... Bacarıqlıdır... Әxlaqlıdır...
– Bacarıqlı, әxlaqlıdırsa, mәnә bәsdir. Kişi tayfası
baca tütüsü kimi bir şeydir, ay xala. Sәhәrin gözün
açılanda çıxır, axşam qayıdır. Әsas odur ki, gözü arxada
qalmasın.
– Ondan narahat olma. Qızımız yaxşı qızdır, elә yaşı
da yoxdur. Amma bircә eyibi var. Duldur. Razısan?
– Hә, razıyam. Hәr şey Allahın qismәtidir... Pis iş
üstündә boşanmayıb ki?
– Yox, Allah elәmәsin.Yola gedә bilmәdilәr.
Arabaçı güldüyünü bildirmәmәk üçün öskürmәyә
başladı. İkinci taxta körpüdәn dә keçdilәr. Yolun iki
tәrәfindәn dә qurbağa qurultusu eşidilirdi. Lap siftәdәn
söhbәt üçün danışmağa başlasalar da, söz cavan dul qıza
gәlib çıxdığından atları sulamağı da unutmuşdu.
Yoğunsәsli qadın yanındakı ilә bir az pıçıldaşandan
sonra soruşdu:
– Bugecәki işin vacibdir, çavuş ağa?
– Yox, elә dә vacib sayılmır, sabah getsәm dә olar.
– Onda bir xeyir iş görәk.
– Necә?
– Biz iki bacıyıq. Dediyim qız bacımın qızıdır.
İstәyirsәn, gedәk bizim kәndә. Sәn qızı gör, qız da sәni
   114   115   116   117   118   119   120   121   122   123   124