Page 117 - antologiya
P. 117
al Tahir 117

– Yox, әşşi!
– Cavansan dә, ayıb deyil ki. Elә o yaşdasan. Neçә
yaşın var?
– Min üç yüz iyirmi dördüncü il tәvәllüdәm. Yәni
iyirmi beş yaşımı tamamlamışam.
– Deyirәm dә, görürsәn. Evlәnәsi yaşdasan. Vәdәn
çatıb.
Arabaçı qaranlıqda heç kәs görmәdiyi üçün lәzzәtlә
gülürdü. Üç ay idi ki, nişanlı idi. Yazda toyu olacaqdı.
– Allah kimsәsizliyi yox elәsin, ay xala. Yad ellәrdә
gәzmәk belimizi bükdü.
– Vay! vay!
Arvadlar yavaş-yavaş söhbәt etmәyә başladılar.
Arabaçı ha qulaq verdisә, nә danışdıqlarını başa düşә
bilmәdi. Atları qırmanclayıb sürәtlәndirdi:
– Elә bilmәyin ki, tәkcә arabaçıyam. Rәncbәrliyi dә
bacarıram.
Qadınların hәr ikisi birdәn qәribә sevinclә soruşdu:
– Doğrudan, rәncbәrliyi dә bacarırsan?
Arabaçı yana çevrilib arxasına baxdı:
– Bacarırsan da sözdü?
Yoğunsәsli qadın o birinin kәkәlәmәyinә imkan
vermәdәn dillәndi:
– Rәncbәrlik çәtin işdir. Bu cür arabada oturub gәz-
mәyә oxşamır.
– Hәr işin özünә görә çәtinliyi var, ay xala! Araba-
çılığın da özünә görә çәtinliyi var. Neylәmәk olar? Bir
dәfә yola çıxdınsa, axıracan yoldasan. Ömrün orda-burda
tükәnir.
Qadınlar yenә asta sәslә danışırdılar. Arabaçı arada
kәkәlәyәn arvadın o birinә: “Ay qız, deyirsәn, buna olar?
Olar ki?” – dediyini eşitdi. Qardaşının arabasında gedib-
gәlәndә müştәrilәrin söhbәtlәrinә qulaq asmağa öyrәş-
mişdi. Adam söhbәtә qulaq asanda yol yadından çıxır.
Saatına baxdı.
   112   113   114   115   116   117   118   119   120   121   122