Page 116 - antologiya
P. 116
Türkiyə ədəbiyyatı antologiyası

“Çankırının Şabanözü tәrәfindәn” demәli olsa da,

qamçıyla uzaqları göstәrdi:

– Buradan xeyli uzaqdanıq. Yozqat tәrәfdәnik!

– Evlәnmәmisәn?

Arabaçı özünü elә apardı ki, guya әmәlli-başlı

kәdәrlәnib:

– Kimsәsiz adam necә evlәnsin? Haradan? Evlәnә

bilmәdim.

– Hayıf.

– Düzdür, ay ana, mәn hayıf oldum...

– Әsgәrliyini çәkmisәn?

Şәxsiyyәt vәsiqәsindә yaşını azaltdığına görә

әsgәrliyinә hәlә iki il var idi. Ancaq yenә yalan danışdı:

– Hә, çәkmişәm. Şükür, sağ-salamat qurtardım. Ça-

vuş kimi bitirdim.

– Allah millәtә, dövlәtә xeyirli elәsin.

116 – Amin, ay xala.
Bir müddәt dinib-danışmadan getdilәr. Sonra kәkәlә-

yәn qadın soruşdu:

– Araba özününküdür?

– Hә, atlar da, araba da özümünküdür.

– Hә, yaxşıdır, malın-mülkün var.

– Maaşa işlәmәkdәn xoşum gәlmir. Bax, bu Dәliqırı

özüm böyütmüşәm. Yanına tay tapanacan düz iyirmi gün

gәzdim. Ancaq indi cütünә iki yüz lirә dә versәlәr, sat-

maram... Arabanı Amasyada xüsusi düzәltdirmişәm.

Gündüz baxsanız, görәrsiniz ki, әsl bәzәkli gәlindir. Bәr-

bәzәyini, qotazlarını, güllәrini, zınqırovunu Çankırının әn

mәşhur dәmirçisinә düzәltdirmişәm.

– Maşallah, maşallah! Marağın var da.

Gecә düşmüşdü, hava isti idi, meh әsmirdi. Arabaçı

qadın tayfasının at cinsindәn elә dә baş çıxarmadığını

fikirlәşib köks ötürdü. Yoğunsәsli qadın:

– Nә olub, ay çavuş, – dedi. – Ürәyin doludur, kimәsә

vurulmusan?
   111   112   113   114   115   116   117   118   119   120   121