Page 128 - antologiya
P. 128
Türkiyə ədəbiyyatı antologiyası

maq kimi bir şey olardı. Hәyәtdә әrik ağacından bir neçә
yarpaq düşdü. Ayaqlarını uzadıb hәyәtin ortasında uzanmış
it o qәdәr palçıqlı idi ki, yerdәki torpaqdan seçilmirdi. At-
lardan birinin kişnәrtisi eşidilirdi. Deyәsәn, Dәliqır idi.
Arabaçı dәrhal ayağa durdu, aşağı düşmәk üçün nәrdivana
tәrәf gedәndә üzbәüz otaqdan qab-qacaq sәsi eşitdi.
Otaqdakılardan hansının – şkafın qabağında iş görәnin,
yoxsa şkafdan un çıxaranın – kәkәlәyәn qadın olduğunu
bilmәdiyi üçün bayırdan sәslәndi:

– Xala, Qurşunluda şey-şüyüm qalıb. Gedib onları
gәtirmәliyәm.

Kәkәlәyәn qadın şkafın qapısını örtәrәk çevrildi:
– Şey-şüy?
– Hәә, şkaf, çarpayı vә sairә…
– Gedib gәtirәrsәn.
– Mәn dә onu deyirәm, ana.
128 – Gözlә, bu istidә getmә. Axşamı gözlәyәk. Atlar da
bir az dincәlsin... Belә yaxşı deyil?
– Yaxşı!
Mәsәlәnin qәribә tәrәfi bu idi ki, dediyinә belә sakit
münasibәt bәslәnәcәyini gözlәmirdi. Buna xeyli sevindi.
Tövlәyә getdi. Atlar әmәlli-başlı dincәlmişdilәr. Dәliqır
ayaqlarını yerә döyürdü. Arabaçı xarab yem qablarına
baxanda bir sәbәtin içindәki paslanmış mismarları vә
mişarı gördü. Pencәyini çıxarıb dirәklәrin birinә asdı.
Xarab yem qablarını düzәltmәyә başladı. Çankırı tәrәflәrә
mәxsus bir mahnı oxudu:

Mәn gözәlәm deyib yüksәkdәn uçma,
Qınayan sәni el, yaman olar.
Qara zülflәrini gәrdana tökmә,
Әsәr sәhәr yeli, yel yaman olar.
   123   124   125   126   127   128   129   130   131   132   133