Page 133 - antologiya
P. 133
an Kamal 133

Fabrikdә sükut hökm sürürdü. Bir müddәt sonra
işçilәr pıçıldaşmağa başladılar. Daha sonra Fәrhad kişinin
sәsi eşidildi. Onuncu preslәmә şöbәsindәki fәhlә Sami
әtrafa baxa-baxa udqunub gözlәrini ovdu... Elә bezmişdi
ki. “Görәsәn, gedim?” – düşünsә dә fikrindәn daşındı.
Ustabaşı tündxasiyyәt adam idi. Sami işi yarımçıq qoyub
getsәydi, onu birdәfәlik işә hәsrәt qoyardı. Onsuz da
fabrikdә işçi problemi yox idi, qapısının ağzı uşaqla
doluydu. Buna görә dә saathesabı verilәn mәblәğ
azalmışdı... Ustabaşı heç kәsin sәsinin çıxmadığını görәn-
dә maşının üstündәn enib cәrәyanı qoşdu. Maşınlar işә
düşәndәn sonra Fәrhad kişinin sәsi eşidilmәz oldu.

Yay idi. Emalatxananın arxa pәncәrәsindәn içәri
sızan gün işığı ocaqların qırmızımtıl rәnginә qarışırdı. Qa-
nuna әsasәn, fabrik saat birdәn sonra işlәmәmәli idi.
Ustabaşının әmri ilә fabrikin gözәtçilәri emalatxananın
bütün pәncәrәlәrini, hәtta tavandakı deşiklәri dә bağla-
yırdılar ki, fabrikdәn gәlәn sәsi eşidib İşçilәr Komitәsinә
xәbәr vermәsinlәr.

Az sonra emalatxananın işıqları yandı, ocaqlar
tәzәdәn közәrdi. Boğucu isti vardı. Fәrhad kişi söyә-söyә
köynәyini soyunub tulladı, balağı düymәli uzun şalvarını
çirmәlәdi. Bәdәni tәrlәdikcә qaşınma daha da artırdı.

Uşaqlar da köynәklәrini soyundular. Kömür anbar-
larına, ayaqyoluna ayaqyalın gedib-gәldiklәrinә görә
ayaqları topuğacan qapqaraydı. Sıxac maşınlarının yanına
sink lövhә gәtirәn, işlәnәndәn sonra anbara aparan, anbar-
dan ocaqlara kömür daşıyan kömәkçi uşaqların ancaq ik-
isinin şalvarı uzun, qalanlarınkı isә qısa idi.

Sami emalatxananın divar saatına hәvәssiz halda
baxdı. İkiyә yenicә işlәyirdi. İş vaxtının başa çatması ba-
rәdә fikirlәşsә dә, hәlә vaxta çox vardı. Ona elә gәldi ki,
axşamkı iş vaxtı heç vaxt qurtarmayacaq.

Sami fikirlәşmişdi ki, günortadan sonra fasilә olacaq,
ona görә dә yemәk gәtirmәmişdi. Acmamışdı, ancaq
   128   129   130   131   132   133   134   135   136   137   138