Page 136 - antologiya
P. 136
Türkiyə ədəbiyyatı antologiyası

nun qalxdığı tavana baxırdı. Sami bunu Nuruya göstәrdi.
Ancaq Nuru dillәndi: “Sәn ora fikir vermә, dediyimә
bax...”

Bu boyda fabrik sanki Samiyә dar gәlirdi. Hava lap
ağırlaşmışdı. Arxasını onlara çevirsә dә, Nuru әl çәkmirdi.
Әlindәki kiçik zәncir parçası ilә ona yaxınlaşdı:

– Gәtir qolunu, görüm. Kişisәnsә, gәl ölçәk. Görәk
kimin qolu yoğundu, – dedi.

Saminin sәbri tükәndi. Çevrildi, onun boğazından
yapışıb maşına dirәdi. Nurunun parlaq, yaşıl gözlәri vardı.
Onun qolları yoğun, yәni daha güclü idi. Sami ağlamağa
başladı:

– Ustaaa, ustaaa! Vallah, billah, deyәcәyәm. Demә-
sәm, alçağam. Mәn arığam, sәn köksәn. Mәn itәm, sәn
ağasan. Sözün var?

Nuru mәsәlәnin bu hәddә çatacağını gözlәmirdi. “Us-
136 taya deyәcәyәm” sözündәn ürkdü.

– Sus da, Sami, zarafat elәdim...
Sami sakitlәşmir, hıçqıra-hıçqıra ağlayırdı. Nuru bir
dә:
– Sus da, Sami, zarafat elәdim... – deyib maşınının
yanına getdi.
Vaxt ötmәk bilmirdi. Gecә yarıdan keçәndә uşaqların
heç birindә işlәmәyә hey qalmamışdı. Tәkcә uşaqlar yox,
bütün yaşlı ustalar da, fәhlәlәr dә – hamı çox yorğun vә
tәrli idi.
Tavandan Saminin kürәyinә hörümçәk toru düşdü.
Kürәyi qaşındı. Lap şirin qaşınırdı. Çox qaşıdığından
dәrisi köpәş-köpәş olmuşdu. Köynәyi qaşınan yerә
dәydikcә, elә bil yarasına dağ basılırdı. Әlini tüpürcәklәyib
qaşınan yerә sürtdü. Ovucunu döşәmәdәki toza vurub
kürәyinә sürtdü. Qaşınma, göynәmә azalmışdı... Elә
hәmin mәqamda arxa tәrәfdәki dәzgahlardan qışqırtı
eşidildi. Sәsә tәrәf qaçmağa başladılar. Sami dә qaçdı. On
   131   132   133   134   135   136   137   138   139   140   141