Page 139 - antologiya
P. 139
an Kamal 139

– Nә zibil olursan, ol! Bura vicdanlı adam lazımdır!
Cәlal usta qıpqırmızı qızarmışdı. Onsuz da neçә vaxt
idi ki, dolmuşdu, qәfildәn boşaldı:
– Әmәlli danış, әmәlli danış! Adam bu dünyada
ancaq vicdanı üçün yaşayır. “Bura vicdanlı adam lazımdır”
nә demәkdir? Biz vicdansız-zadıq?
Kinli nәzәrlәrlә bir-birlәrinә baxdılar. Cәlal usta
davam etdi:
– Uşaq-muşağın anasını ağlar qoymusunuz. Höku-
mәtin qanununa әsasәn, sәkkiz saatdan sonra iş vaxtı başa
çatmalıdır. Siz isә bu kasıb-kusubu on sәkkiz saat işlә-
dirsiniz! Biz vicdansız-zadıq?
– Bu, sәnin işin deyil! Sәndәn necә tәlәb olunursa,
elә dә hәrәkәt elә!
–Yaxşı... Bir halda ki, işim deyil, onda mәn dә nә
edәcәyimi bilirәm. Sabah gedib bunların hamısını dövlәt
idarәsinә xәbәr vermәsәm, bax bunları – bığlarını göstәrdi, –
bığlarımı qırxaram.
Qәzәblә aralandılar. Cәlal usta әsәbi olmasına bax-
mayaraq, yenә dә emalatxanaya endi. Bütün dәzgahların
boş-boşuna işlәdiyini gördü. Ocaqların yanında yerә
uzanıb yuxulayan uşaqları dürtmәlәyib oyatdı. Uşaqlar
qaçdılar... Ayaqyoluna gәldi. Qapını itәlәyәndә uşaqlardan
birinin öskürәyi eşidildi. Cәlal usta qışqırdı: “Tez ol!”
Kranın başındakı bir dәstә uşaq Cәlal ustanı görәndә qaçıb
dağılışdı. Cәlal usta , “kabinә”lәrdәn üçünün qapısını
itәlәyәndәn sonra dördüncüsünün qapısının ağzına gәldi.
Digәrlәri kimi, onun da qapısını itәlәyib gedәcәkdi ki,
içәridәn sәs gәlmәdi. Nә qәdәr döysә dә, sәs-sәmir
eşidilmirdi. Mәcbur olub qapını var gücü ilә itәlәmәyә
başladı. Qapının yuxarısındakı deşikdәn içәri baxdı. İçәri
qaranlıq idi, amma gözünә yerdә bir qaraltı dәydi.
Diqqәtlә baxdı. Deyәsәn, uşaq idi. “Bәlkә, ölüb?” –
fikirlәşdi, qapının dәstәyini var gücü ilә itәlәmәyә başladı.
   134   135   136   137   138   139   140   141   142   143   144