Page 142 - antologiya
P. 142
Türkiyə ədəbiyyatı antologiyası

ӘZİZ NESİN
(1915 – 1995)

1915-ci ildә İstanbulda anadan olub. Әvvәlcә tәk
özü “Şәnbә” jurnalını, sonra isә Sәbahәddin Әli ilә
birgә “Marko Paşa” jurnalını dәrc etdirib (1946).
142 Tәrcümә vә yazılarındakı mövqeyinә görә bir neçә
il müddәtinә hәbs olunub. 1956-cı ildә Kamal Tahirlә
birgә “Düşün” nәşriyyatını yaradıb vә 1962-ci ildә isә
“Zübük” jurnalını nәşr etdirib. 1972-ci ildә öz adını
daşıyan vәqf yaradıb, 1976-cı ildәn davamlı olaraq hәr il
almanax nәşr etdirmәyә başlayıb. “Geridә qalan” (1948),
“Fil Hәmdi” (1955), “Damda dәli var” (1956), “Dәlilәr
boşandı” (1957), “Ordan-burdan” (1958), “Cәnab
Düdük” (1958), “Necә qiyam etdik?” (1965), “Yaşasın
mәmlәkәt” (1969) kimi әsәrlәrin müәllifidir. Bir sıra
beynәlxalq vә yerli mükafatlara layiq görülüb. 1995-ci
ildә İstanbulda vәfat edib.
   137   138   139   140   141   142   143   144   145   146   147