Page 546 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 546
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Bu mәnada o mәnim tam әksimdir vә görünür, Allahın mәrhәmәti altında
elә buna görә biz hәyatımızı böyük qәzalara uğramadan yaşaya bilmişdik.
Biz Qırmızı meydana çıxıb, yavaş-yavaş Kremlin Spas darvazasına
tәrәf addımladıq. Hәmişә olduğu kimi, meydanda yalnız turistlәrdi.
Vaxtilә moskvalılar onların hamısını kinayәli tәrzdә “şәhәrimizin
qonaqları” adlandırırdılar. O vaxtlar Moskva özünün lәhcәsi, sәkkiz milyon
daimi sakini, üç milyon isә hәr gün gәlib-gedәn qonaq-qarası ilә hamı üçün
böyüklük, nәhәnglik, eyni zamanda bir әlçatmazlıq vә zәnginlik rәmzi idi.
Deyilәnlәrә görә, indi bu şәhәrin sakinlәrinin sayı az qala iki dәfә
artmışdı vә şәxsәn mәn o zamanlar olduğu kimi, indi dә bu, gecә-gündüz
dәhşәtli sürәtlә fırlanan insan vә hәyat dәyirmanının dәrinliklәrinә girmәk
istәmirdim. Bilirdim ki, oradan geriyә qayıtmağa yolu mәn bir dә heç zaman
tapa bilmәyәcәyәm.
Mәn bu meydanı uşaqlarıma göstәrdim, buradakı bәzi şeylәrin tarixinә
546 aid bir neçә kәlmә izahat verdim, fotoaparatla onların şәkillәrini çәkdim.
Kim bilir, bir dә nә vaxtsa bizim ailәmizin buralara qayıdışı olacaqdımı?
Mәn dә, yәqin ki, Qulya da neçә illәr әvvәl ilk dәfә bura birlikdә
gәldiyimizi xatırlayırdıq.
– Yadındadı, biz orada şәkil çәkdirmişdik, – mәn günbәzli mәbәd tәrәfi
göstәrәrәk, Qulyaya dedim.
Onda fotonu dәrhal çıxaran aparatlar yox idi vә mәn sonradan gәlib
aldığım o fotoları haradasa itirdiyimә görә hәlә dә Qulyanın yanında
xәcalәtli idim. Ancaq indi bunu yalnız Qulyanın kefini azacıq da olsa açmaq
cәhdilә demişdim, çünki bizim hәyatımızda bu meydanla bağlı yeganә, kef
açmayan da olsa, fakt hәmin itirilmiş fotolar idi.
– Hardaydı? – Gülya mәn göstәrәn sәmtә baxa-baxa astaca soruşdu.
Uşaqlar da nәsә soruşdular, mәn tәәssüflә dedim:
– Onda hәlә siz yoxuydunuz.
Uşaqları tәәccüblәndirәn, әlbәttә, onların özünün nә vaxtsa bu dünyada
olmamaqları yox, xeyli o tәrәfdәki darvazadan kefi istәyәn hәr kәsin bu
möhtәşәm Kreml divarlarının arxasına, Rusiya prezidenti iqamәtgahının
hәyәtinә keçә bilmәsinin mümkünlüyü idi. Biz o tәrәfә getdik.
Burada baş vermiş yeniliklәri – atlı heykәli, Manej meydanındakı
dekorativ tikintilәri, sökülmüş “Moskva” mehmanxanasını, atlarla dolu fәv-
varәlәri-filanı mәn televizorda görmüşdüm vә yaddaşımın bu şәhәrlә bağlı
әbәdi xatirәlәrini korladıqlarına görә mәn onları o qәdәr dә xoşlamırdım.
Mәn indi Әli ilә İbrahimә necә izah elәyәydim “Moskva” mehman-
xanasının ikinci mәrtәbәsindәki restoranda alışarlı qoca Mәhәmmәd kişi ilә
ömrümün әn dadlı qırmızı borşunu yediyimi?