Page 545 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 545
fÿr Alûøarlû
geydirmә arağa dәyişәcәklәr. Arağı içәndә isә onların heç yadına da 545
düşmәyәcәk ki, o “eşşәklәri” kim, nә üçün düzәltmişdi. Onlar öz hәyatlarını
çoxdan başa vurmuş adamlardı, onların bizi başa düşmәyә nә vaxtları, nә
dә hәvәslәri vardı.
Rusiya hökumәtinin cәfәng iddiaları nәticәsindә Azәrbaycanın mil-
yonlarla ton natural şәrabından әli üzülmüş rus әyalәti, texniki spirtin ağılı
başdan dәrhal çıxaran hәr cür fraksiyasını içәrәk kütlәvi şәkildә qırılırdı.
Lakin qırılmazdan әvvәl rus xalqının bir keflәnmәyi, bir dә ertәsi gün
“poxmelitsa” elәmәyi vardı: prinsipcә mülayim, mehriban tәbiәtli rus xalqı
bu iki – әqli cәhәtdәn tutqun, fiziki cәhәtdәn dәli vә amansız anlarında
dünyanın әn dәhşәtli bir varlığına çevrilirdi.
Mәn heyifsilәnmirdim. Maliyyәçimizin bizdәn imtinasına baxmayaraq,
Moskvadan iki yüz kilometrlik bu mәsafәdә, bәlkә dә, qalıb mәskunlaşmaq,
müxtәlif vasitәlәrlә kredit almaq, işә yeni donorlar vә şәriklәr cәlb etmәk-
lә istehsalı davam etdirmәk olardı.
Mәn sakitliyi, hәr cür hay-küydәn kәnarda yaşamağı sevirәm vә çox
böyük mәmnuniyyәtlә sexin әtrafındakı çöllükdә bir parça torpağı çәpәrә
alıb, abadlaşdırar, orada uşaqlarım üçün ev tikәr vә ömrümün axırına qәdәr
bu soyuq torpaqda öz isti duyğularımla әllәşәrdim.
Amma rus adamının fiziki vә әqli cәhәtdәn bir-birini tamamlayan o iki
halı bu soyuq torpağa axıradәk ürәk qızdırmağa imkan vermirdi.
– Bu sex orada bizim әlimizdә olsaydı, bütün şәhәri kolbasaynan tәmin
edәrdik”, – hәrdәn Qulya “oranı”, bizim uzaqlarda qalmış günәşli vәtәni-
mizi, nәzәrdә tutaraq deyirdi.
Mәn ona cavab vermirdim. Qulyadan fәrqli olaraq, orada mәnim sәnә-
tim insanlar üçün kolbasa istehsal etmәk deyildi. Әtlә işlәmәkdәn mәnim,
ümumiyyәtlә, xoşum gәlmirdi.
Mәn özümü Qulyanın da, İbrahimin dә, hәtta bizim günәşli vәtәnimiz-
dә qalıb, bizdәn ayrı yaşamaqla tәhsilini davan etdirәn Әlinin dә qarşısında
günahkar sayırdım, çünki bizim başımıza gәlәn bu macәra, yәqin ki, bir az
da mәnim heyvan öldürmәyi xoşlamayan sәnәtimin ucbatından olmuşdu.
Xoşbәxtlikdәn, biz nә sәnәtimizlә, nә dә ailә quruluşumuzla bağlı öz
keçmişimizdә sәhv axtarmırdıq: belә alınmışdı, biz bunu olduğundan bir az
da yumşaq qәbul edib yaşayırdıq.
Ümumiyyәtlә, Qulyanı geri boylanmağa, olub-keçmişlәri dönә-dönә
xatırlamağa, dәrindәn tәhlil etmәyә hәvәsli adamlardan saymaq olmaz, o
hәmişә bir az tәlaş, bir az da qorxu ilә dә olsa, yalnız irәli baxmağı xoşlayır.