Page 542 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 542
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Evlәnәndәn sonra isә biz onunla burada beş-altı ay kirayәnişin yaşa-
mışdıq vә burada davamlı qalmağa, yaşamağa onda bizim, necә deyәrlәr,
nәfәsimiz çatmamışdı.
İki il әvvәl yenidәn gәlmişdik. Bu dәfә gәlmәmişdik, külәk bizi
gәtirmişdi. Әlbәttә, buralar da, biz özümüz dә dәyişmişdik.
Tәmasımız alınsa da, әvvәlki sәrbәstlik vә qayğısızlıq yox idi. Serafi-
mov Posadda bizim kolbasa seximiz vardı.
Bu sexi bәrpa etmәk, avadanlığı sazlayıb işlәk vәziyyәtә gәtirmәk,
kömәkçi binaları, soyuducu kameraları qaydaya salmaq Qulya üçün tanış
mәşğuliyyәt idi.
O, bu işlәri elә keyfiyyәtlә yerinә yetirirdi ki, sanki ömrü boyu burada
qalıb sex işlәdәcәkdi. Qulya ciddi texnoloq idi, ancaq biz sexi yalnız iki il
işlәdә bildik: bazardan uzaqlığımız satışı әngәllәdi vә biz müflislәşdik.
542 İstehsalın qurulmasına xeyli vәsait xәrclәmiş maliyyәçimiz ziyanın
yarısından qayıtmağın xeyri haqqında hәqiqәti dәrk edәrәk, bir gün
Yaroslavldan bizim yanımıza gәldi vә belә dedi:
“Надо бы прекратить эту музыку а, Гуля, как ты думаешь?”
Әldәn-әlә keçәrәk dağılmış, avadanlığı sıradan çıxmış bu sexin
yenidәn qurulması üçün o da, Qulya da çox әziyyәt çәkmişdi: ümid edirdilәr
ki, avadanlığı tәmir etdirmәklә, sexin istilik, su tәchizatı, soyuducu, kanali-
zasiya sistemlәrini yenidәn qurmaqla yaxşı mәhsul istehsal edib, qısa bir
vaxt içindә vәziyyәtdәn çıxa bilәcәklәr.
Bizim buraxdığımız kolbasa mәhsulları keyfiyyәtcә Moskvanın adlı-
sanlı kombinatlarının mәhsulundan geri qalmırdı, ancaq bizdә, mәnim
köhnә siyasi-iqtisad biliklәrimdәn doğan qeyri-texnoloq zәnnimcә, onlardan
fәrqli olaraq, iki şey çatmırdı: yeni texnoloji imkanlar nәticәsindә maya
dәyәrin aşağı salınması ilә aşağı keyfiyyәtli malın әmtәә görkәmini
yaxşılaşdırmaq vә... әlbәttә, ticarәtin hәrәkәtverici qüvvәsi – reklam! Bizim
“rәqiblәrimiz” telekanalların әn aparıcı verilişlәrinә sponsorluq edirdilәr.
Rus cәmiyyәti medianın dediyi sözә daha etiqadlıdır.
Maliyyәçimiz dedi ki, Moskva kombinatlarının yerlәrdә, hәtta nisyә
verilәn malını alıb-satmaq ona, öz fәrdi istehsalından fәrqli olaraq, 20 faiz
gәlir verir.
– Burada isә mәnim aylıq ziyanım dörd min dollardan artıqdır, –
maliyyәçimiz peşmançılıq hissi keçirmәdәn әlavә elәdi.
– Dözmәk lazımdır, – Qulya dedi. – İstehsalı azaltmaq, yüz kiloqram-
larla deyil, kiçik partiyalarla satış prinsipinә keçmәk lazımdır. Bunun üçün
bizә burada nәqliyyat lazımdır ki, biz özümüz dә әtraf kәndlәrlә, rayonlarla