Page 544 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 544
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Qulya içkiyә aludәçilik göstәrәn qızları işdәn qovub, yerinә başqalarını
götürürdü, ancaq tәzә gәlәnlәr әvvәlkilәrdәn dә pis çıxırdı. Biz qәsәbәnin
mәrkәz hissәsindә tәlәm-tәlәsik tapa bildiyimiz, ağacdan tikilmiş köhnә bir
komada gecәlәyirdik. Qışda nimdaş döşәmә taxtalarının altından soyuq
sanki kondisioner ağzından içәri püskürürdü.

Komada tәlәlәrlә vurduğumuz siçanları iki il әrzindә soyuducu kame-
raya toplasaydıq, sexin bir günlük kolbasa normasını әtlә tәmin etmәk
olardı.

Kiçik otağımızda biz üçümüz dә döşәmәnin üstündә yatırdıq. Mәnim
uzun kürkümü döşәyin altına atırdıq ki, yatağımızda istilik yaransın.

İndi, maliyyәçimizin bәyanatından sonra, biz iki il әrzindә hәr gün
soraqlaşaraq, nәhayәt, tapa bildiyimiz vә cәmi-cümlәtanı bircә hәftә
gecәlәdiyimiz babat mәnzili dә tәrk etmәli idik.
544 – Sәnin puluna heyifin gәlir, – Qulya maliyyәçimizә dedi. – Ancaq bax
gör, bu iki illik zülmün müqabilindә biz nә qazandıq?! Gecәmiz-gündüzü-
müz yox, soyuq yerdә yatmaqdan böyrәklәrimiz yaman gündә, uşaq da
mәktәbindәn oldu.

Maliyyәçimizin günahı yox idi: yazıq, ağrımaz başına dәsmal bağlayıb,
bizim üçün bu işә girişmişdi, nә qәdәr pulundan olmuşdu, üstәlik dә, bütün
başqa işlәrini atıb, hәftәdә әn azı bir dәfә 200 kilometr yolu o baş-bu başa
gedib-gәlmәk mәcburiyyәtindә qalmışdı. Amma Qulya qadın idi, öz mәntiqi
vardı. O, doğrudan da, çox әziyyәt çәkmişdi vә adәti üzrә çoxdanışan ol-
masa da, indi bu mәqamda nәsә demәli idi. Bu boyda hәngamәdәn sonra
maliyyәçinin dә, mәnim dә borcum onu düzgün başa düşmәk idik.

– Yığışın gәlin Yaroslavla, fikirlәşәk görәk neylәmәk olar, – maliyyә-
çimiz dedi vә zahirәn bizimlә bәrabәr bu sex uğrunda çәkdiyi әziyyәtlәrinә
zәrrә qәdәr dә heyifsilәnmәdiyini bildirәn sakitliklә, maşına oturub getdi.

O, mәnә qumarda uduzmuş, amma bunun müqabilindә nәsә nәşәsi bizә
o qәdәr dә yaxşı mәlum olmayan bir zövq almış adamı xatırlatdı.

Bizim әsas evimiz elә sex idi: evә gecәdәn-gecәyә, yatmağa gedirdik.
Yedәkçi maşın gәlib, soyuducu kameranı arxasına qoşub apardı.

Kitabdakı yazılardan Qulya hesabladı ki, kamerada bizim on tondan
artıq donuz әtimiz, iki ton kolbasamız, nә qәdәrsә sosiska-sardelkamız vә
dörd ton yarım kotletimiz vardı.

Mәn sexin qabağında oturub, kameranın altından çıxmış, material
axtarışlarına, ölçü-biçilәrinә, qaynağına aydan çox vaxt sәrf etdiyimiz iki
“eşşәyә” baxa-baxa fikirlәşirdim ki, üstündә yüz tondan artıq yük saxlamağa
qadir bu möhkәm “eşşәklәri” yayda metal qırıntıları, butulka yığmaq adı ilә
daim sexin hәndәvәrindә hәrlәnәn içki düşkünlәri dәrhal aradan çıxarıb,
   539   540   541   542   543   544   545   546   547   548   549