Page 549 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 549
fÿr Alûøarlû
başlayaraq, bu dünyada “olmağın” tәkcә pul qazanmaqdan ibarәt olmadığını 549
öyrәtmişdim, ona görә dә bu haqda mәn yalnız fikirlәşdim, heç nә demәdim
vә xatırladım ki, bir vaxtlar mәn hәr kәsin öz Moskvasının olması fikrinә
tәrәfdar çıxmışdım. Bizim hәyatımız hәlә dә bu normal fikrә qarşı çıxanların
inadlı müqavimәtilә dolu idi. Bu müqavimәt bәzәn aparıcı gücә çevrilib bizi
әzirdi. Buna görә indi biz buradaydıq vә elә buna görә dә biz bizim olmayan
bu şәhәrin küçәlәrindәn ürkәk qonaq nәzakәti vә hәr an kimlәr tәrәfindәnsә
dayandırılmaq tәhlükәsinin soyuq kölgәsi altında keçib gedirdik.
O cür möhtәşәm vә parlaq gözәllikdәn sonra belә adi, tökmә naxışlı
çuqun çәpәrin, hündür meşә ağaclarının vә mәnasız kolluqların sıxlaşdığı
darıxdırıcı bağın arxasında rәngi xeyli bozarmış ikimәrtәbәli bu bina nә idi
ki, mәnim uşaqlarımı heyrәtlәndirsin?
Hәtta bağın ortasında özü ucalıqda qara postamentin üzәrindә bekarca
dayanmış tunc heykәl dә onların diqqәtini çәkә bilmәdi. Onlar binaya, bir
az solda, hündür metal tor arxasındakı voleybol meydançasına nәzәr salıb,
hәyәtdәki ölü sakitliyi vә kimsәsizliyi bir daha öz içlәrindәn keçirib, mәnim
yerimdәn tәrpәnmәmәk inadıma tәәccüblәndilәr. Onlar çәpәr boyu daha
maraqlı mәnzәrә vә gözәlliklәr görmәk arzusu ilә yavaşca irәli addımladılar:
sol tәrәfdәki xiyabandan öz füsunkar görkәmilә tunca çevrilmiş başqa bir
rusun heykәli vә onun әtrafındakı qәlәbәlik onları sәslәyirdi.
Mәn onların qarşısında dayanıb dedim: “Mәn burada oxumuşam. Bura
mәnim doğma mәktәbimdir.”
Bizi bürümüş ağır reallıq indiki halda, әsasәn ayrılığın acısından ibarәt
olduğu üçün beş illik hәyatımın burada qalmış anları haqqında tәzә xәbәr
dә mәnim ekskursantlarımın kefindә әsaslı dәyişiklik edә bilmәdi. Ancaq
onlar bayaqkından xeyli diri maraqla bağa, binaya, әtrafa baxdılar.
– Bir dәfә televizorda da göstәrmişdilәr ey buranı, – İbrahim dedi.
– Bura mәnim tamam yadımdan çıxıb, bir az başqa cür tәsәvvür
elәyirdim, – Qulya astadan dedi.
Çuqun hasarın iki çәrçivәsindәn ibarәt darvazanı yüngülcә itәlәdim,
üstündәki köhnә qıfıl ağzını ayırıb әsnәdi vә biz hәyәtә keçib dayandıq ki,
qarovulçu gәlib çıxsın. Mәn sola dönüb toz basmış pәncәrәyә ucadan:
– Salamәleyküm! – dedim.
Bu an Andrey Platonoviçin “evindәn” dәrhal çıxan saqqallı bir oğlan
bizә yaxınlaşdı. Çox güman ki, tәlәbә idi, hәm dә qarovulçu işlәyirdi. Mәn
ona mәsәlәni izah elәdim vә o bizi hәyәtә buraxıb, peyda olduğu kimi dә
dәrhal yoxa çıxdı.