Page 547 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 547
fÿr Alûøarlû
Nә mehmanxana varıydı, nә qoca Mәhәmmәd kişi, nә o dad, nә dә 547
növrağı pozulmuş hәmin xatirәlәrin bütöv mәnzәrәsi...
Bütün bunların olmadığı yerdә keçib-getmiş ömrün qәti vә tәkzibedilmәz
bir zaman forması Kremlin on yeddinci qüllәsi kimi yuxarıdan aşağı mәnә
baxa-baxa sanki tәslim olmağı tәlәb edirdi. Mәgәr mәn müqavimәt gös-
tәrirdim?
“İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin”, – bunu bizә bu-
radan bircә kilometr o yanda yerlәşәn binada qoca bir müәllim deyirdi:
“Çünki siz dünyanın bütün boşluqlarını doldurmaq üçün yaradılmış anti-
vakuum maşınlarısınız. Vә darvazadan içәri keçәndә sol tәrәfdәki pәncә-
rәyә salam verin: orada maşınları çox sevәn Platonov yaşayıb.”
Maşınlara olan sevgisini hәr sәhәr hәyәt süpürgәsilә bölüşmәyә vә elә
o zaman da antivakuum istehsalı ilә mәşğul olan bu minizavodun bir
küncündә yaşamağa mәcbur olduğuna görә Platonova bizim heyifimiz
gәlirdi. Ancaq pәncәrәyә salamı heç dә hamı vermirdi.
Mәnim uşaqlarım Aleksandr bağının darvazaları qәdәr böyük vә
tәmtәraqlı darvaza heç yerdә görmәmişdilәr. Ayaq lәngitmәklә mәn onlara
imkan verdim ki, bu darvazaların tәkcә ölçülәrini deyil, hәm dә bәzәk-
düzәklәrini, dümdüz qamәtini, әn başlıcası isә rus padşahı tәrәfindәn yüz il
әvvәl buraya qoydurulduğunu yadda saxlasınlar. Çünki darvaza öz-
özlüyündә başlanğıc vә sonuc әlamәtidir – bu iki mәfhumun mahiyyәtinin
dәrki, zәnn edirәm ki, bu dünyada tәkcә antivakuum maşınları üçün yox,
çoxları üçün gәrәklidir.
Bu bağda namәlum әsgәrin alov, qranitlә vә tuncla bәzәnmiş mәzarı
bundan başqa, sәhv etmirәmsә, bolşevik şәbihlәrilә dә bağlı tәmtәraqlı nәsә
vardı. Fәvvarәlәrә tunc әzәmәti verәn atlar sanki yolun o biri üzündәki çar
tövlәsindәn indicә çıxıb, su içmәk üçün hovuza tökülüşmüşdülәr.
Amma qәribәdir ki, bu bağ mәnim üçün mövcud olduğu gündәn indi-
yәdәk qoruyub saxladığı vә daha da gözәllәşdirdiyi mәnzәrә özәlliklәrilә
deyil, heç zaman mövcud olmamış bir adamın hәyatında hәlledici bir hadi-
sәnin mәkanı olduğuna görә әziz vә unudulmaz idi.
Mәn uşaqlarıma bu haqda heç nә demәdim, çünki onlar Marqarita
xanımı tanımırdılar.
Biz Kütaf qüllәsindәn başlanan adam axınına qoşulub içәri getmәdik,
vaxt imkan vermirdi. Hәr ehtimala qarşı mәn dedim:
– Qalsın, inşallah, gәlәn dәfәyә.
– E-eh, gәlәn dәfә... – Qulya mızıldandı. – Gәlәn dәfәyә kim ölә, kim
qala.