Page 551 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 551
fÿr Alûøarlû
Tәәssüf ki, bu müqayisәlәri aparmaq vә onların rayihәsini keçmişin, 551
yәni itirilmiş gәncliyin gözәlliyinә calamaq üçün adam özü dә mütlәq
qocalmalıdır. İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin.
Mәn baş girişin pillәkәnlәri üstünә qalxmadım, şüşә xonçalı ağır
qapının incәlmiş ağac әlcәyinә toxunmadım, zirzәminin hәyәtә boylanan
balaca pәncәrәlәri önündәn keçib, tini buruldum vә özümdәn asılı olmadan
әlimi binanın avqustda da qızmayan sәrin canına toxundurdum. Nәdәnsә
bu anlar mәnim üçün çox xoş oldu: heykәlin yanında mәni gözlәmәsәydilәr,
bәlkә dә, bir neçә saat bu hәyәtdә daşı-divarı, ağacları sığallaya-sığallaya
gәzib dolanar, heykәlin dediyi kimi, “olub-keçәnlәr” haqda bir daha
fikirlәşәrdim.
İndi vaxt darısqallığı üzündәn mәn fikirlәşmәk istәmirdim, bu hәyәtlә
bağlı mәnim yaddaşımda olanların hamısı ildırım sürәtilә şaxıyıb bir anın
içindә yox olurdular.
Rәhbәrliyin gözünә görünmәmәk üçün mәhz bu tindә dayanıb, tәnәffüs
zәnginin vurulmasını gözlәyirdim ki, içәri gedim.
Mәn Qulyanı kәndә qoyub qayıtmışdım vә hәmin an Kreml divarının
dibindә çoxdan ölmәyә hazırlaşan bir kişini dәfn edirdilәr.
Әslindә hәmin vaxt şәhәrin mәrkәzi hissәsinә nәqliyyatın girişi tam
dayandırıldığına görә mәn dәrsә gecikmişdim.
Moskvanın mәrkәzindә gecә saat 3-4-dә dә elә sakitlik olmur. Üçüncü
mәrtәbәlәrdәki qapalı, ikiqat pәncәrәlәrdәn lektorun rәvan nitqinin yorğun
avazı eşidilirdi.
Birdәn toplardan açılan yaylım atәşi gurladı vә әtraf binaların fasa-
dında әks-sәda verәn bu atәş sәsinә cavab olaraq, bağdakı uca ağaclardan
havaya qalxmış böyük qarğa dәstәsi qarıldadı: “Qaaarrrrr-a-a-a-a-a-arar-
arar!”
Çox-çox sonralar bir amerikalı tәsadüfәn mәnә izah elәdi ki, qarğa adi
quşlardan çox fәrqlәnir. O dedi ki, qarğa xәbәrin rәmzidir. Özü dә adәtәn
pis xәbәrin rәmzidir. Mәn onunla tam razılaşmadım, çünki mәnim
doğulduğum mәmlәkәtdә xәbәr rәmzi qarğa yox, sağsağan idi. Vә sağsağan
bizim evә hәmişә, yanlışsız olaraq xeyir xәbәrlә gәlmişdi. Ona görә dә mәn
amerikalının heç nәyinә xәtir sağsağanın haqqını qaralayıb qara qarğaya
verә bilmәzdim.
Moskvanın mәrkәzindә bu burjua malikanәsinin mәnim hәyatıma nә
dәxili ola bilәrdi? Mәn bura nә üçün gәlib çıxmışdım? Qısa insan ömrünü
әn adi şeylәrdәn ötrü belә uzaq mәsafәlәrә xәrclәmәyә nә hacәt varmış, gö-
rәn, ey böyük sәnәtkar!