Page 555 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 555
ay Budaqlû

Ona görә evdә hamı mәcbur idi mehriban dolansın, sәsini qıssın, 555
hirsini-hikkәsini boğsun, kәnardan baxanda elә bilәrdin bu binada hamı
xoşbәxtdi. O elә dә bilirdi, hәr halda, bilmәk istәyirdi, çünki dәrinә gedәndә
nәsә tapırdı, sonra da tapdığından qaça bilmirdi, rahatlığını itirirdi. Di gәl,
Xeyri qarı ona qaçmağa yer qoymamışdı. Xeyri qarı divarın o üzündә idi,
gecәsini-gündüzünü çaş-baş salmışdı, görürdün, haçan oldu öz-özünә
danışır, donquldanır.

Danışmayanda da nәfәsi eşidilirdi, elә bil körük basırdılar, yaxud ka-
hadan külәk üfürürdü. Bir torba әt-sümükdü, yaşını, indisini, keçmişini,
ölüb-qalan uşaqlarının adını, adamların yaxşılığını, pisliyini unutmuşdu.
Yemәyi qabağında qoyub qızını söyüb-yamanlayırdı, deyirdi çörәk vermir,
baxmır mәnә, özünә ölüm dilәyirdi, amma çimizdirәndә çırpınırdı,
sıtqanırdı, ağlayırdı, elә bilirdi yuyat yeridi, yuyub kәfәnlәyәcәklәr.

Bu qarının ona dәxli yox idi, bu qarı onun heç kimi idi – bunu çox
tәkrarlamışdı, intәhası, özü ilә bacarmırdı, divarın o üzündәki hәnirti
ovqatını qarışdırırdı, evlәrindә heç kim olmayanda әrinmәyib sәsә çıxırdı,
ya arvad-uşaqdan kimisә göndәrirdi, lazımdısa hәkim çağırtdırırdı, dava-
dәrman tapdırırdı, hәyәt-bacada qoluna girirdi, aftafasını doldururdu, uzun-
uzadı şikayәtlәrinә sәbirlә qulaq asırdı… vә bütün bunları fikrindә elәyirdi.
Belәcә o çoxuna yaxşılıq elәmişdi, dar gündә dadına çatmışdı. Ona görә dә
hәmin adamlardan yamanlıq, kobudluq, soyuqluq görәndә yanıb-yaxılırdı.

Axır vaxtlar yenә tez-tez güzgüyә baxmağa başlamışdı. Deyәsәn, daha
ömrü xırıd elәyirdi; saçı seyrәlirdi, ordan-burdan ağarırdı, üz cizgilәri
kobudlaşırdı, dişlәri çürüyürdü. Yәqin, bәzi xәstәliklәrdәn hәlә xәbәri
yoxdu, hәlә o xәstәliklәr yol gәlirdi, bәdәninin harasındasa xımır-xımır öz
işini görürdü, birdәn ayılacaqdı ki, hazırdı. Yel, şәkәr, astma, miokard…

Azar o idi ki, dәyişәn üz cizgilәrini güzgüdә gördükcә hövsәlәdәn
çıxırdı vә belә şeylәrә görә әzab çәkdiyi üçün xәcalәtlәnirdi. Ancaq özüylә,
hisslәriylә bacarsaydı nә vardı ki. Düzdü, hisslәri daha әvvәlki kimi onu
yerindәn oynatmırdı, bir az kәsәrini itirmişdi, korşalmışdı, bir az da özü
noxtasını çәkirdi, nalını tökmәsin deyә bacardıqca çarpışmalar, tәlatümlәr
meydanına salmırdı, yorğa yerişlә, öz tanış cığırlarıyla sürüb gedirdi.

Çılğınlıq, sәbirsizlik, yuxusuz gecәlәr – bu olmuşdu, әvvәllәr olmuşdu,
özünü tәlәsdirirdi, tez, tez, tez böyüsün, sәrbәstlәşsin, dost qazansın, qadın
tanısın, evlәnsin, uşağı olsun, arvada xәyanәt elәmәyin necәliyini bilsin,
qısqansın, onu qısqansınlar, tez, tez, tez… Görә-görә gәlmişdi vә birdәn
mәlum olmuşdu ki, daha tәlәsmәsә dә olar, daha keçirdiyi hisslәr üst-üstә
düşür, bir-birini tәkrarlayır, daha çox-çox şeylәri rahatca yerinin içindә
uzanıb tәsәvvür dә elәyә bilәr.
   550   551   552   553   554   555   556   557   558   559   560