Page 557 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 557
ay Budaqlû
kimdәnsә küsdüyünü görsün, yad adamlar içindә dolaşan yad tәbәssümlü 557
bu qızın onun olduğuna özünü inandıra bilmәsin, bir az qüssәlәnsin, әzab
çәksin, özü özünü bir az ağrıtsın.
Sәlvinin otağı bapbalaca idi. Bu bapbalaca otaqda qapının girәcәyindәn
iri güzgü asılmışdı. Sәlvi o güzgünün qabağında sığallanırdı, daranırdı,
hәyәtә düşәndә dә, nә üçünsә mağazaya qaçanda da tәlәsik güzgüyә
boylanırdı. Qadın bәzәnirsә, demәk, istәyir xoşa gәlsin, diqqәti çәksin,
sevilsin. Ancaq kişilәrin çoxu sadәlövhdü; elә bilir büruzә versә, hiss
elәtdirsә, qadın ondan inciyәr, onun haqqında pis düşünәr. Amma heç bir
qadın sevildiyini hiss elәsә incimәz, özünü incimiş göstәrsә dә incimәz. Bu
da çox vaxt unutduğu hәqiqәtlәrdәndi.
Sәlvi ata-anasının tәk uşağı idi. Ondan böyük bacısı üç yaşında
ölmüşdü. Qohum-qardaş yaylağa yeyib-içmәyә gediblәrmiş, başları qarışır,
bir dә görürlәr uşaq yoxdu. Axtarmadıqları, gәzmәdiklәri yer qoymurlar,
meşәni ayaqdan salırlar, uşaq tapılmır ki, tapılmır. Anası başına-gözünә
döyürmüş, deyirmiş yuxusunu görmüşdüm: görmüşdüm köç gedirik,
arabadan bir quzu düşür, qışqırıram ki, a gözünüz tökülsün, görmürsünüzmü
quzu düşdü, götürsәniz…
Uşağı sәhәr qayıdıb tapıblar, süfrә açdıqları yerdәn bir azca aralıda.
Demә onların başı qarışanda, uşaq gedib kolun dibindә yatıbmış. Ona görә
dә gәzәnlәrin sәsini, harayını eşitmәyib. Deyir uşaq yan-yörәsini qazıq-
qazıq elәyibmiş…
Әhvalatı eşidәndәn o qız yadından çıxmırdı, gözünün qabağından get-
mirdi. Necә olub tapmayıblar? Ağılları kәsmәyibmi ki, üç yaşlı uşaq uzağa
gedә bilmәz? Bәs ürәklәri necә gәlib ki, evә qayıda biliblәr? Axır dözmәdi,
hәmin ilә, hәmin günә qayıtdı, gecәnin bir alәmi yolunu o meşәdәn saldı,
ağlamaqdan sәsi kәsilmiş uşağı tapıb bağrına basdı, öpә-öpә, әzizlәyә-
әzizlәyә meşәdәn çıxartdı, aparıb dәrddәn üzülmüş ata-anasına qaytardı.
Hәmin uşaq elә Sәlvi idi, bunu özü bilmirdi, ancaq elә ona görә
evlәrindә hamı toxtamışdı, ona görә bu әhvalatı belә sakitcә xatırlayırdılar.
Öz ürәyinә dә toxtaqlıq gәtirәn sonluğu Sәlviyә demәdi, çünki dedi-demәdi –
fәrqi yoxdu, o vacibdi ki, uşaq meşәnin zinriyindә zülm-zülm ağlayıb
anasını çağıranda, torpağı cırmaqlayanda, böyürdәn bir Allah bәndәsi
çıxmışdı, qoymamışdı onsuz da ağrılı, әzablı dünyada heç nәdәn bir zülm
dә olsun.
Dünyada hamı istәyirdi dәrdi özündәn uzaqlaşdırsın, necәsә, nәylәsә
tәsәlli tapsın. Yaşamaq, doğrudan da, ağır iş idi. Nәlәr fikirlәşib
tapmamışdılar, nәlәr quraşdırmamışdılar; mәktәbi dә vardı, zavodu da,
әsgәrliyi dә, dustaqxanası da, kommunisti dә, kapitalisti dә, üstәlik, dәst-