Page 562 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 562
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
...Bığlı Kәrәmin atı yolnan sona kimi süzә-süzә gәlirdi. Hәmin gün
Bığlı Kәrәm Qaratәpәyә hәftәbazarına getmişdi, bir az ayın-oyun alıb xur-
cunun gözünü doldurmuşdu, bir dә kababxanada toqqanın altını bәrkidib
iki yüz qram da araq başına çәkmişdi, kefi saz idi, at da sahibindәn şokolad
payını alıb aşırmışdı.
Kosalılı Qәmәndәr sürünün ağzını yola sarı salıb ağaca söykәnmişdi,
gördü ki, gәlәn qarovulçu Bığlı Kәrәmdir, altındakı at da oyur-oyur oynuyur,
gözü tutdu atı. Bığlı Kәrәm bәrabәrinә çatar-çatmaz:
– Ay dayı, – dedi, – gәl bu atı mәnә sat.
Bığlı Kәrәm urcahına çıxmış çobana baxdı, uşaq-muşağın yekәxana-
yekәxana danışmağından xoşu gәlmәdi:
– Yeri ә, – dedi, – yeri yolunnan get. Sәn mәnim atıma minәmmәzsәn.
İki gün sonra kosalılı Qәmәndәr Bığlı Kәrәmlә üz-üzә oturmuşdu, bir
sini qurudlu xәngәl yeyib araq içmişdi, ağzının yanını silib mәtlәb üstünә
562 gәldi ki, ay dayı, mәqsәdim Allahdan gizli deyil, bәndәdәn nә gizli, gәl atı
mәnә sat, iki boğaz inәk verim.
Bığlı Kәrәm bu sözlәrin müqabilindә gülümsündü: bir yandan
Qәmәndәrin Qaşqadan xoşu gәlmәsindәn fәrәhlәndisә dә, o biri yandan da
tәrs damarı tutdu: biney-başdan qılıq-mılıqla suyulan deyildi.
– Ә, mәni kimi sәy olma, – dedi, – arvad-uşaq yiyәsisәn, damazlığın
özünә qalsın, amma sәn mәnim atımı minәmmәzsәn.
– İki boğaz inәk, üstündә bir erkәk verim. – Qәmәndәr sövdәlәşmәdә
razılığa gәlmәk әzmi ilә әlini irәli uzatdı.
Bığlı Kәrәm qırsaqqız olub dediyini deyib duran gәdәyә baxıb qımış-
dı, amma cavab vermәdi, bilirdi: hәr uşaq-muşaq onun atına minәmmәz, bir
dә Qaşqanı durduğu yerdә satmaq ağlına belә gәlmirdi.
O, Qәmәndәri yola salanda Arxaşan tәpәlәrinә vahimәli bir qaranlıq
çökürdü, bir dә tәpәlәri sıyırıb keçәn, yalquzaq sәsini andıran külәk әsirdi.
Gündüz Bığlı Kәrәm arxın üstündә doyunca yatdığından oyaq idi,
şıqqıltıdan bildi ki, gecә bura ayaq basan xeyirliyә gәlmәyib, әlini
beşaçılana uzatdı.
İt kәsik-kәsik hürüb sәsini kәsdi. Yaraqlı-yasaqlı aşağı düşәndә ona
agah oldu ki, oğru ata gәlib, oradaca ürәyinә damdı ki, bu hәr kimdirsә,
Qәmәndәr deyil. Xalxalın böyrünә sinib beşaçılanı qaldırdı, qan töküb qada
salmaq istәmәdiyindәn sağdan-soldan atdı, dalınca da qeyzә gәlib bağırdı:
– Ay anasını satdığım, әyә, siz Muğannı Kәriminmi üstünә gәlibsiniz?!
Beşaçılanın sәsini qaranlıq gecә uddu. Bığlı Kәrәmin zәhmli sәsini
külәklәr götürüb Arxaşanın yumru tәpәlәrinin yamaclarına çırpırdı.
Sükut oldu. Gecә bütöv, lal, tәrpәnmәz idi. O tәrәfdә, yataqlar olan