Page 558 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 558
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
dәst qayda-qanunu, fәrmanı, qadağası da. Hamısı da guya onun xatirinә ki,
insan deyilәn varlığın bir qarın yemәyi olsun, yağışdan daldalanmağa damı
olsun, balasının altına atmağa palazı olsun.
Hәlә möhürlә tәsdiqlәnәnlәr bir yana, yazılmamış qaydalara nә
deyirsәn: bunu elәmә, ona baxma, nәfsini boğ, ata-ananı sev, namus, vicdan,
qeyrәt – gәl indi bütün bunların içindә baş çıxar, büdrәmә, yıxılma, alçalma.
Anası son zamanlar bir falçını tez-tez xatırlayırdı. Xatırlayıb
heyrәtlәnirdi, Allaha şәkk gәtirәnә söyürdü. Bu әhvalat çoxdan olmuşdu,
onda hәlә dünyada yoxuymuş. Ancaq falçı deyib ki, bir oğlun da olacaq.
Atasının tutulmağı, “uzaq sәfәrdәn” sonra başqası ilә evlәnmәyi, anasının
belindәki ağrılar, bu ağrının ondan ölәnә kimi әl çәkmәyәcәyi – hamısı düz
çıxmışdı. Falçı böyük oğlunun xoşbәxt taleyini dә әvvәlcәdәn görmüşdü,
özü dә bunu iki-üç dәfә tәkrar elәmişdi.
558 O, alın yazısına inanırdı. Ancaq içi tüklü mәst kimi sәssiz-sәmirsiz
dolaşan, yanında gözükölgәliymiş tәki arvadından çәkinәn, yemәk yediklәri
yerdә mәtbәxә keçib, gizlincә yüz qram vurub qayıdan qardaşına onun
xoşbәxt demәyә dili gәlmirdi. Bәlkә, Allah üçün xoşbәxtlik o idi ki, adam
varlı-hallı olsun, dişi tökülmәsin, mәdәsi ağrımasın, övlad görsün vә uzun
bir ömür yaşasın, Xeyri qarı kimi, elә uzun ömür ki, olub-keçәni, keçmişini,
hәtta әzablarını da unutsun – keçmişini unudan adamın nә әzabı – vә ölüm
gәlib onu vur-tut bәdәninin ağrısından qurtarsın.
Daha sevgidi, yaxşılıqdı, pislikdi, bunları necә başa düşmәkdi, nәyә
sevinmәkdi – yәqin, bunları Allah adamların öz ümidinә buraxmışdı. Qoy
onda biz başqa cür düşünәk, Sәlvi xanım, deyәk ki, insan dünyaya әzab
çәkmәk üçün gәlir. Belә fikirlәşәk vә taleyimizlә barışaq. Kim bilir, bәlkә,
taleyimizlә barışanda biz elә xoşbәxt oluruq?!
Amma Sәlvi ondan sirr dә saxlayırdı – hәr halda özünә belә gәlirdi,
elә bilirdi qara divlәrin gecәlәr o bapbalaca otaqda ona әziyyәt vermәyindәn
xәbәri yoxdu. Divlәrin gözü düşüb Sәlviyә, istәyirlәr ürәyinә xof salsınlar,
şübhәlәr içindә üzdürsünlәr, ondan üzü dönsün. Hәlә ki, güclәri çatmırdı,
Sәlvinin sevgisi onların әl-ayağını bağlamışdı, bu sevgi yoxa çıxanda divlәr
Sәlvini ondan alıb yeddi dağın arxasına aparacaqdılar.
Ona görә Sәlvidәn soyuqluq hiss elәyәndә tezcә özünü yığışdırırdı,
dönüb olurdu hәssas, qılıqcıl, mehriban, mәşuqәsi yolunda hәr mәşәqqәtә
qatlaşan igid bir oğlan. Bәlkә dә, Sәlvini itirmәk ona o qәdәr dә yer
elәmәzdi, ancaq uduzmaq pis şeydi, bunun ağrısına, özü dә bu yaşda, dözә
bilmәyәcәyindәn qorxurdu. Hәm dә istәyirdi özünü bir sınasın, görsün
divlәrlә vuruşmağa qüvvәsi çatırmı, hәlә nәyәsә qadirdimi.