Page 553 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 553
ay Budaqlû

Saday Budaqlı
(1955)

553

Yazıçı, tәrcümәçi. Moskvanın M.Qorki adına
Әdәbiyyat İnstitutunu bitirib. “Yazıçı” nәşriyyatında
redaktor vәzifәsindә çalışıb. “Xәzәr” dünya әdәbiyyatı
dәrgisinin baş redaktor müavinidir. Bәdii yaradıcılığa
tәlәbәlik dövründә yazdığı hekayәlәrlә başlayıb.
Moskvada vә Bakıda nәşr olunmuş “Vıiqrış”, “Zemlya”,
“Döngә”, “Çat” vә “Yolüstü söhbәt” adlı nәsr kitab-
larının müәllifidir. “Vıiqrış” kitabı Maksim Qorki adına
Ümumittifaq Әdәbiyyat mükafatına layiq görülüb.
Rusiyanın “Nedelya” hәftәlik mәcmuәsinin laureatıdır.
1982-ci ildә “Drujba Narodov” jurnalının “İlin әn yaxşı
hekayәsi” nominasiyası üzrә mükafata, 2009-cu ildә
Azәrbaycan Mәdәniyyәt vә Turizm Nazirliyinin “Qızıl
Kәlmә” mükafatına layiq görülüb. M.Bulqakovun “Mas-
ter vә Marqarita” romanını, M.Delibesin, A.Rünoskenin,
K.X.Selanın, Kavabatanın әsәrlәrini dilimizә çevirib.
   548   549   550   551   552   553   554   555   556   557   558