Page 548 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 548
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Biz bu şәhәrin әn mәşhur küçәsilә yavaş-yavaş Kremldәn uzaqlaşmağa
başladıq vә küçәboyu, necә dә olmasa, uşaqlara göstәrmәyә nәsә tapmaq
mümkün idi. İndinin özündә dә havanın yaxşı vaxtlarında bu küçәdәn
keçmәyi hamı xoşlayır. Hәr daşı, tini, mağazası, restoranı tanış, qırmızı
qranit şalvarlı bu küçәnin hәr iki sәkisi boyu mәn yüz dәfәlәrlә o baş-bu
başa addımlamışdım. Mәnim tәlәbә dostumun buradakı kafelәrdәn birindә
olmuş toyunda Qulya da iştirak elәmişdi. Bizim toylardan xeyli fәrqli bu
mәrasimi Qulya hәmişә xatırlayırdı: toyun böyük tәmtәraqdan uzaq sadәliyi
vә oradakı adamların sәrbәstliyi onun xoşuna gәlirdi. Ancaq bu toy çoxdan
olmuşdu, evlәnәnlәr dә moskvalılarsayaq çoxdan boşanmışdılar, hәtta
kafenin qapısı üzәrindә bütün Moskvaya tanış olan adın yazılış forması da
dәyişmişdi. Ona görә mәn gürcü şәrabının reklam tәzahürlәrindәn biri olan
bu lövhәnin yaxınlığında ayaq saxlayıb, Qulyadan buranı tanıyıb-tanıma-
548 dığını soruşanda, o duruxdu vә yalnız yaxınlıqdakı atlı heykәlinin adını ox-
uyandan sonra dedi:
– Hә-ә... Saşanın toyu!..
Uşaqlar yenә nәsә cükküldәşdilәr. Mәn dedim:
– Onda siz yoxuydunuz.
Mәnә elә gәldi ki, uşaqlar nә vaxtsa bu dünyada, elәcә dә bu şәhәrdә
olmadıqlarına şübhә etmәdәn, olmaqla olmamağın fәrqini özlәri üçün
müәyyәnlәşdirmәyә çalışdılar vә nәdәnsә bu, mәnә әlavә könül xoşluğu
gәtirmәdi.
– Deyәsәn, biz heç indi dә yoxuq, – Әli gülә-gülә dedi.
Ancaq nahar etmәyә uşaqları mәn bu kafeyә yox, bir az aşağıdakı rus
kafesinә apardım.
Biz siyәnәk balığı ilә soyutma kartof, xamalı pelmeni yedik, limonad
içdik: uşaqların xoşuna gәldi.
Vә mәnim dә xoşuma gәldi ki, nәhayәt, yay tәtilinin bir neçә gününü
bizimlә keçirmәk üçün buralara gәlib çıxa bilmiş Әli mәhz bu kafedә, özü
kimi cavan moskvalıların qaynaşdığı adi yemәkxanada nahar etmәkdәn
mәmnun qaldı.
– Gördün ki, varsınız? – stolun üstündәki boşalmış qabları göstәrәrәk,
mәn dedim.
Әgәr Әli rus olsaydı, yәni biz dә rus millәtinin nümayәndәlәri olsaydıq,
mәn onu cibindәki az mәblәğlә, heç nәdәn çәkinmәdәn bu nәhәng şәhәrә
tullayıb çıxıb gedәrdim. Әli bacarıqlı uşaqdı, o qalardı, haradasa işә düzәlib
çoxları kimi pul qazana bilәrdi. Ancaq mәn Әliyә hәlә körpә vaxtlarından